
İmtahan basqısı: Valideynlər uğursuzluqlarını övladlarının üzərinə atır -RƏY
11:45 04.04.2024
Sosial
529
Abşeron rayonunda 17 yaşlı gənc imtahandan az bal topladığı üçün evi tərk edib.
21 avqust 2007-ci il təvəllüdlü Hilal Hidayət oğlu Mustafayev 03.04.2024-cü il tarixində Ceyranbatan qəsəbəsində yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
Məlumata görə, Hilal evi tərk etməzdən öncə məktub yazıb. O, bu hərəkətinə ötən gün nəticələri açıqlanan imtahandan aşağı bal toplamasını səbəb göstərib.
Psixoloq Vəfa Əkbər "Sherg.az"a bildirib ki, valideyn özü həyatda hər hansısa bir uğur əldə etməyibsə, bunu mütləq şəkildə övladına yeridir:

“Əgər uşaq imtahandan yaxşı keçə bilmirsə, valideyn özünün uğursuzluğunun və bacarıqsızlığının bütün günahını övladının üstünə atır. Beləliklə də öz vicdanını rahatlaşdırmış olur. Uşaq hazırlığa başlayandan imtahan vaxtına qədər valideyn zaman-zaman təlqin edilir ki, bizim adımızı-sanımızı ucaldacaq adam sənsən. Halbuki özləri o ad-sanı qaldıra bilməyiblər. Yəni qaldıra bilmədikləri ad-sanı öz övladlarından gözləyirlər. Uşaqlar basqı və psixoloji çətinliyin altında bunun öhdəsindən gələ bilmədikdə və ya valideynləri qane etməyəcək şəkildə olanda valideyn başlayır övladını günahlandırmağa. Bəzi uşaqlar isə bu basqıya dözmür ya intihar edir, ya evi tərk edir, ya da ki, özünə qapanaraq ömür boyu depressiyada yaşayır. Ümumiyyətlə valideyn sağlam təfəkkürlü olmalıdır ki, uşaq o mərhələni sağlam şəkildə keçə bilsin. Valideynlər sağlam təfəkkürlü olmadıqca belə hallar olmağa da davam edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pivə qan damarları üçün faydalıdırmı?
08:20 27.05.2026
Sağlamlıq
“17 yaşımda striptiz-klubda işləyirdim”
07:51 27.05.2026
Şou
Avropaya səyahət edənlərin NƏZƏRİNƏ...
06:43 27.05.2026
Maraqlı
Çox yatmaq hansı xəstəliklərdən xəbər verir?
04:42 27.05.2026
Sağlamlıq
Cazın əfsanəsi dünyasını dəyişdi!
04:04 27.05.2026
Şou
Kütləvi işsizlik gözlənilir? - "OpenAI" rəhbəri danışdı
03:33 27.05.2026
Texnologiya
“Real Madrid”də prezident seçkilərinin vaxtı açıqlanıb
02:54 27.05.2026
Futbol
Netanyahu: İsrail 2 500-dən çox "Hizbullah" terrorçusunu məhv edib
00:40 27.05.2026
Dünya
Azərbaycanda Qurban bayramı qeyd olunur
00:17 27.05.2026
Cəmiyyət
İsrail HƏMAS-ın yeni liderini olduğu bazaya hücum etdi
23:59 26.05.2026
Dünya
İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib
23:11 26.05.2026
Rəsmi
Mahmud Abbas İlham Əliyevi təbrik edib
22:38 26.05.2026
Rəsmi
Netanyahu: İsrail Livanda əməliyyatı genişləndirir
21:51 26.05.2026
Dünya
Şərif Ərdoğanla regional məsələləri müzakirə edib
21:38 26.05.2026
Region
Ceyhun Bayramov və İshaq Dar bu məsələləri müzakirə ediblər
21:26 26.05.2026
Siyasət