İşçinin işdən azad edilməsi ilə bağlı Əmək Məcəlləsinin 70-ci maddəsinə düzəliş edilir

Əmək Məcəlləsinin 10-1-ci maddəsinin işləmə mexanizmini tənzimləmək, təcrübədə yaranan anlaşılmazlıqları aradan qaldırmaq məqsədilə çalışma müddətinin uzadılmasının işəgötürənin əmri (sərəncamı) ilə rəsmiləşdirilməsi və bu halda, işçinin əmək müqaviləsinə 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilməsinə və uzadılan müddətə müddətli əmək müqaviləsinin bağlanılmasına yol verilməməsi ilə bağlı tənzimləyici norma əlavə edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı təklif layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunub.

Layihəyə əsasən “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 56.0.2-ci maddəsinə əsasən Məcəllənin bir çox maddələrində “əmək müqaviləsinin ləğv edilməsi” və ya “əmək müqaviləsinə xitam verilməsi” ifadələri eyniləşdirilib. Beləliklə,

Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın təsis edilməsinin hüquqi əsaslarını gücləndirmək məqsədilə Əmək Məcəlləsinə üçtərəfli komissiya ilə bağlı yeni 41-1-ci maddə əlavə olunub.

Sözügedən Məcəllənin 47-ci maddəsinə təhsilalanların istehsalat təlimi və təcrübəsi keçdiyi hallarda müddətli əmək müqaviləsinin bağlanılmasını müəyyən edən norma əlavə edilib.

Bununla da sınaq müddətini keçmədiyinə görə işəgötürənin işçini işdən azad edə bilməsi bağlı 70-ci maddəsinə düzəliş edilir.

Təcrübədə yaranan problemlər aradan qaldırılması məqsədilə 69-cu və 73-cü maddələrin adında dəyişiklik edilir. Bu maddələrin adından “qayda” sözü çıxarılır, “Maddə 69. Əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilməsi” və “Maddə 73. Müddətli əmək müqaviləsinə xitam verilməsi“ kimi tənzimlənib.