Məktəblər boş qalıb, xəstəxanalarda həkim və mütəxəssis çatışmır - AÇIQLAMA
00:31 25.09.2024
Sosial
393
Rayon və kəndlərimiz boşalıb
“Regionlaşdırma proqramının yaratdığı ağır nəticələri inkar etmək mümkün deyil. Rayonlarda dövlət orqanlarının şöbələrinin, digər qurumların ixtisarı, funksiyalarının region mərkəzlərinə verilməsi iş yerlərini azaldıb. Əhalinin xidmətə əlçatanlığını məhdudlaşdırıb, məsafə məsələsi ilə əhalinin xərclərini artırıb, vaxt itkisinə səbəb olub”.
Bu barədə “Sherg.az"a açıqlamasında hüquqşünas Vüqar Dadaşov deyib.
Onun sözlərinə görə, infrastruktur və kommunal xidmətin təminatı ilə bağlı problemlər və üstəlik, bunun təbiətdən istifadəsi ilə bağlı uyğunsuzluğu, məhdudiyyəti əhalinin köçünə səbəb olan amillərdəndir:
“Əhalinin sosial təminatı ilə də bağlı məlum süni əngəllər mövcuddur. Bu səbəbdən paytaxta, böyük şəhərlərə əhalinin kütləvi köçü nəticəsində rayon və kəndlərimiz boşalıb, kənd əhalisinin fərdi və kənd təsərrüfatı məhv olub. Əlaqəli olaraq paytaxtda əhali sıxlığı, məktəblərdə, xəstəxanalarda slxlıq, tıxac, qiymət artımı və sair. Rayon və kəndlərdə isə əksinə, məktəblər boş, xəstəxanalarda həkim və mütəxəssis çatışmazlığı.
Heç kəs inkar etməz ki, Azərbaycan xalqının özünəməxsus milli adət-ənənəsi əsasən rayon və kəndlərimizdə daha çox yaşadılır, qorunur. Təbii ki, əhalinin köçü adət-ənənələrimizin, ailə anlayışının deformasiyasına da səbəb olur.
Hazırkı forma və istiqamətdə regionlaşma Azərbaycan dövləti üçün böyük problemlər yaradır, dövlət və milli təhlükəsizliyimizə ağır zərbə vurur. Fakt budur ki, regionlaşma birbaşa dövlət xərclərinin optimallaşdırılması, xərclərin azaldılması məqsədilə aparılır. Ancaq dövlət orqanları kommersiya və ya özəl təşkilatı deyil. Dövlət, dövlətçilik, milli maraqlara kommersiya, gəlir yanaşması əsla doğru deyil. Dövlət orqanları bazar iqtisadiyyatına aid deyil, nə də bazardır”.
İndiki formada regionlaşmanın bir başa Konstitusiyamıza zidd istiqamətdə aparıldığını vurğulayan hüquqşünas Konstitusiyamızın 15-ci maddəsinin II bəndini xatırladıb:
"Azərbaycan dövləti bazar münasibətləri əsasında sosialyönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir". Yəni Azərbaycan dövləti sosialyönümlü dövlətdir. Həmçinin indiki formasında regionlaşma Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının mahiyyətinə, fəlsəfəsinə tamamilə ziddir. Konstitusiyamızdan, Prezident fərmanından irəli gəlir ki, regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına hesablanıb. Dövlət siyasətinin əsl mahiyyətinə zidd olan və təhrif olunmuş formada regionlaşdırma proqramı dayandırılmalıdır və regionların inkişafı yerli əhalinin məşğuliyyəti və ərazinin iqtisadi və təbii imkanları nəzərə alınmaqla aparılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bayramda diqqətli olun - Qırmızı ət və desert...
05:25 26.05.2026
Sağlamlıq
Toral Bayramov “Qarabağ”dan getdi
04:00 26.05.2026
Futbol
İspaniyada daha bir nəfərdə hantavirus aşkarlanıb
03:33 26.05.2026
Dünya
Səhərlər gözdə problem insultdan xəbər verə bilər
02:54 26.05.2026
Sağlamlıq
Ondan sonra bir daha evlənməyi düşünmür
02:22 26.05.2026
Şou
Köçəryan Azərbaycanla bağlı "vəd" verdi
01:27 26.05.2026
Cənubi Qafqaz
Braziliya prezidenti radioterapiya kursuna başladı
01:05 26.05.2026
Dünya
Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb
00:43 26.05.2026
Region
İsrail ordusu Livana yenidən zərbə endirməyə başlayıb
00:22 26.05.2026
Dünya
İranda internetlə bağlı mühüm qərar: Pezeşkian təsdiqlədi
23:40 25.05.2026
Region
Rumıniyanın Prezidenti İlham Əliyevi təbrik edib
23:05 25.05.2026
Rəsmi
Bolqarıstanda NATO-nun quru qoşunlarının təlimləri keçiriləcək
22:31 25.05.2026
Dünya
Keniya prezidenti İlham Əliyevi təbrik edib
22:00 25.05.2026
Rəsmi
Neftin qiyməti 94 dollardan aşağı düşüb
21:35 25.05.2026
İqtisadiyyat
Vanqa proqnozları: 2026-da Rusiyada liderlik dəyişikliyi...
20:31 25.05.2026
Gündəm