
Mexanizm işlək olmalıdır: Yoxsa qohum evlilikləri “göz yumulmuş reallıq” kimi yaşamağa davam edəcək -RƏY
10:31 30.06.2025
Sosial
369
Yusif Nəbiyev: Cəmiyyətimizdə qohum evliliyi həm də iqtisadi və sosial gücü qorumaq üçün seçilir
Sabahdan Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Ailə Məcəlləsinə dəyişiklikdə öz əksini tapib.
Dəyişiklikdə nikahın bağlanmasına mane olan halların sayı artırılıb:
- qardaşların və(və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;
- bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu nikaha daxil ola bilməz.
Sosioloq Yusif Nəbiyev “Sherg.az”a bildirib ki, qohum evliliyinin qadağan edilməsi uzun illərdir tibb və sosial sferalarda fəaliyyət göstərən mütəxəssislərin tövsiyə etdiyi, amma cəmiyyətimizdə bəlli bir qisim insanlar tərəfindən “bizdə belədir” yanaşması ilə dirəniş göstərilən məsələ idi:

“Azərbaycan üçün bu addım gecikmiş, amma doğru bir qərardır. Tibbi baxımdan bu cür qadağalar, sadəcə genetik xəstəliklərin yayılmasının qarşısını almaq üçün deyil, həm də cəmiyyətin bioloji müxtəlifliyini qorumaq üçün qoyulur. Yəni bu, elə bir məsələdir ki, “şəxsi həyatımdır, özüm bilərəm" deyib məsuliyyətdən qaçmaq olmaz, çünki bunun nəticələrini bir fərd yox, gələcək nəsil daşıyır. Sosiologiyanın qurucu babalarından olan Emile Durkheim deyirdi ki, nikah sadəcə iki insanın birliyi deyil, ictimai müqavilədir. O baxımdan, qohum evliliyi qadağası bu müqavilənin sadəcə fərdin özünü yox, kollektivi qoruyan hissəsinə yönəlib. Lakin qeyd etməliyəm ki, bu qadağa bəzi icmalarda mədəni mühafizəkarlığın müqaviməti ilə qarşılaşacaq. Çünki cəmiyyətimizdə qohum evliliyi həm də iqtisadi və sosial gücü qorumaq üçün seçilir. Başqa sözlə, bəzi ailələr üçün qohum evliliyi “ailə mülkünün yad əllərə keçməsinin qarşısını alma mexanizmi” kimi görünür.
Sosioloqun sözlərinə görə nikah etməyib sadəcə “ailə kimi birlikdə yaşayanlar”a gəldikdə isə, onlar ciddi hüquqi və sosial problemlərlə qarşılaşa bilərlər:
“Rəsmi nikah olmadan doğulan uşaqların hüquqi statusu, miras məsələləri, valideyn məsuliyyəti, boşanma zamanı əmlak bölgüsü kimi mövzularda böyük çətinliklər yaşanacaq. Yekun olaraq, deyə bilərəm ki, bu qadağa müsbət bir addımdır, amma onun tətbiqi yalnız qanun qoymaqla bitmir. Maarifləndirmə, icma liderləri, el ağsaqqalları ilə dialoq və hüquqi mexanizmlərin işlək olması vacibdir. Yoxsa qohum evlilikləri gizli formada, “göz yumulmuş reallıq” şəklində yaşamağa davam edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qarabağ" "Tvente" ilə oyuna bu heyətlə çıxır
19:20 27.08.2026
Futbol
Lukaşenko Rusiyaya səfər etdi
19:10 27.08.2026
Dünya
Ərdoğan Tokayevlə danışdı
18:59 27.08.2026
Gündəm
Skott Bessent İranı maliyyə resurslarını xalqa ayırmağa çağırıb
18:35 27.08.2026
Dünya
Planetin ən çox istehlak olunan əti…
18:18 27.08.2026
Maraqlı
“Kərkinin Azərbaycana qaytarılması mümkündür” - Ədalət Verdiyev
17:49 27.08.2026
Aktual
Qazaxıstan Qəzzada qoşun yerləşdirəcək
17:47 27.08.2026
Aktual
600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı
17:40 27.08.2026
Elm və Təhsil
Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır
17:25 27.08.2026
Dünya
“Bosniya qəssabı” Ratko Mladiç ölüb
17:18 27.08.2026
Gündəm
“Qarabağ”- “Tvente” oyunundan əvvəl fan zona təşkil olunacaq
17:06 27.08.2026
Cəmiyyət
Qaluzin: ABŞ-nin Ukrayna ilə bağlı mövqeyi dəyişib
16:40 27.08.2026
Dünya
Paşinyan: Ermənilər SSRİ-ni unudurlar
16:30 27.08.2026
Gündəm
"Balıqçılıq haqqında" qanun qüvvəyə minib
16:07 27.08.2026
Futbol
Rusiya edam cəzası verilən Bəşər Əsədi Suriyaya qaytrarır?
16:01 27.08.2026
Dünya