Nazir müavini: Xəzər regionu həll olunmamış ekoloji problemlərin mənfi təsirinə görə çətinliklərlə üzləşir
Yusif Nəzərli
06:32 04.04.2024
Sosial
402
Hazırda Xəzər regionu həll olunmamış ekoloji problemlərin mənfi təsiri ilə bağlı bir sıra çətinliklərlə üzləşir.
Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakıda Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının rəhbər şəxslərinin "Xəzər Dənizinin Akvatoriyasında Ekoloji Hüquqpozmalar: Dəniz Mühitinin Qorunması üçün Prokurorluq Orqanlarının Strategiyaları" mövzusunda beştərəfli görüşündə çıxışında deyib.
O bildirib ki, bioresursların azalması, dəniz mühitinin çirklənməsi kimi antropogen təsirlərlə yanaşı, iqlim dəyişikliyi nəticəsində dəniz səviyyəsinin uzunmüddətli aşağı düşməsi dəniz ekosistemlərinin deqradasiyasına gətirib çıxarır:
"Xəzər dənizinin ətraf mühitinin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə məsələləri Xəzəryanı ölkələrin milli siyasətinin prioritet istiqamətlərindəndir.
Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzər dənizinin ətraf mühitin bugünkü vəziyyətinin və dəniz səviyyəsinin aşağı düşmə dinamikasının narahatlıq doğurduğunu, bu problemlərin həlli ilə əlaqədar əməkdaşlığın genişləndirilməsində maraqlı olduğumuzu öz çıxışlarında bildirib".
Nazir müavini qeyd edib ki, Xəzər problemi ətrafında 5 ölkəni birləşdirən və 2006-cı ildən qüvvəyə minən “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Tehran Konvensiyası birgə fəaliyyət üçün regional platformadır: "Xəzəryanı ölkələr dənizin çirklənməsinin qarşısının alınması və ona nəzarət, eləcə də onun ətraf mühitinin mühafizəsi və bərpası üçün zəruri tədbirlərin görülməsi, Xəzər dənizinin ehtiyatlarından onun ətraf mühitinə xələl gətirmədən istifadə edilməsi və Konvensiyanın məqsədinə nail olmaq üçün öz aralarında və müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək üzrə ümumi öhdəlik daşıyırlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pivə qan damarları üçün faydalıdırmı?
08:20 27.05.2026
Sağlamlıq
“17 yaşımda striptiz-klubda işləyirdim”
07:51 27.05.2026
Şou
Avropaya səyahət edənlərin NƏZƏRİNƏ...
06:43 27.05.2026
Maraqlı
Çox yatmaq hansı xəstəliklərdən xəbər verir?
04:42 27.05.2026
Sağlamlıq
Cazın əfsanəsi dünyasını dəyişdi!
04:04 27.05.2026
Şou
Kütləvi işsizlik gözlənilir? - "OpenAI" rəhbəri danışdı
03:33 27.05.2026
Texnologiya
“Real Madrid”də prezident seçkilərinin vaxtı açıqlanıb
02:54 27.05.2026
Futbol
Netanyahu: İsrail 2 500-dən çox "Hizbullah" terrorçusunu məhv edib
00:40 27.05.2026
Dünya
Azərbaycanda Qurban bayramı qeyd olunur
00:17 27.05.2026
Cəmiyyət
İsrail HƏMAS-ın yeni liderini olduğu bazaya hücum etdi
23:59 26.05.2026
Dünya
İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib
23:11 26.05.2026
Rəsmi
Mahmud Abbas İlham Əliyevi təbrik edib
22:38 26.05.2026
Rəsmi
Netanyahu: İsrail Livanda əməliyyatı genişləndirir
21:51 26.05.2026
Dünya
Şərif Ərdoğanla regional məsələləri müzakirə edib
21:38 26.05.2026
Region
Ceyhun Bayramov və İshaq Dar bu məsələləri müzakirə ediblər
21:26 26.05.2026
Siyasət