
Problemin kokü dərindir: Ailədaxili zorakılıq və qətllərin artması təsadüfi deyil -Sosioloq
11:07 03.07.2025
Sosial
452
Bakıda qardaş qardaşı qətlə yetirib.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə iyulun 3-də səhər saatlarında paytaxtın Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində baş verib.
Orada yaşayan Amin Nuri 1996-cı il təvəllüdlü qardaşı Aslan Nurini öldürüb.
Amin Nuri daha sonra könüllü şəkildə polisə təslim olub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Mövzu ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı söyləyib ki, pandemiyadan sonra ailədaxili qətllərin və zorakılıq hallarının artması cəmiyyət üçün ciddi bir təhlükə siqnalıdır:

“Ailə daxilində yaxın qohumların, həyat yoldaşlarının, hətta valideyn və övladların bir-birinə qarşı ölümcül zorakılıq törətməsi artıq təəccüb doğurmayan hadisələrə çevrilib. Bu cür halların sıxlaşması göstərir ki, problemin kökündə dərin və çoxşaxəli səbəblər dayanır. Əsas səbəblərdən biri insanların bir-biri ilə ünsiyyət qurmaq bacarığının azalmasıdır. Cəmiyyət getdikcə daha çox assosiallaşır, insanlar arasında empatiya, yəni qarşı tərəfin hisslərini anlama və hiss etmə qabiliyyəti zəifləyir. Güzəştə getmək, anlayış göstərmək kimi sosial davranışlar isə demək olar ki, yox dərəcəsindədir. Bunun nəticəsində insanlar arasında qarşılıqlı aqressiya artır, ən kiçik narazılıq belə kəskin reaksiya ilə müşayiət olunur. Pandemiya bu mənfi tendensiyaları daha da sürətləndirdi. Sosial təcrid, uzunmüddətli stress, maddi sıxıntılar və qeyri-müəyyənlik insanların psixoloji durumuna ciddi zərbə vurdu. Əslində bu proses pandemiyadan əvvəl də başlamışdı, lakin pandemiya mövcud gərginliyi daha da dərinləşdirdi. Sanki insanlar içindəki mənfi emosiyaları, aqressiyanı, dözümsüzlüyü nəzarətsiz şəkildə üzə çıxarmağa başladı. İctimai yerlərdə belə aqressiv atmosfer hiss olunur. İnsanların üzündə gülümsəmə, müsbət ifadə demək olar ki, görünmür. Əvəzində, kədər, əsəbilik və nifrət dolu baxışlar gündəlik həyatın bir parçasına çevrilib. Bu isə göstərir ki, problemin yalnız fərdi deyil, ümumi sosial və ictimai kökləri də var”.
Sosioloqun sözlərinə görə belə bir şəraitdə psixoloji yardımın əlçatan olması xüsusilə vacibdir:
“Lakin reallıqda psixoloq və psixiatr xidmətləri əksər insanlar üçün ya maliyyə baxımından mümkünsüzdür, ya da bu xidmətlər yetərincə aktiv və geniş yayılmayıb. Bu isə onu göstərir ki, psixoloji problemlər yaşayan, lakin dəstək ala bilməyən insanlar cəmiyyət üçün təhlükə mənbəyinə çevrilə bilərlər. Ona görə də psixoloq və psixiatrlar bu sahədə daha fəal olmalı, maarifləndirici çıxışlar etməli, sosial şəbəkələrdə təmənnasız məlumatlar paylaşmalı, canlı yayımlarda insanlara açıq şəkildə yardım təklif etməlidirlər. Bu gün psixoloji problemlərlə üzləşən, lakin maddi imkan səbəbindən yardım ala bilməyən insanlar çoxdur və bu şəxslərin bir hissəsi potensial təhlükə daşıyan fərdlərdir. Nəticə olaraq, ailədaxili zorakılıq və qətllərin artması təsadüfi deyil və bu, dərin psixoloji və sosial problemlərin nəticəsidir. Problemi yalnız hüquqi və cəza yönümlü yanaşmalarla deyil, psixoloji və sosial dəstək mexanizmləri ilə də həll etmək lazımdır. Əks halda, bu hallar daha da artacaq və cəmiyyət üçün ciddi təhlükəyə çevriləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi