
Psixoloq: "Məcburi köçkünlər üçün emosional sabitlik bərpa olunmalıdır”
08:51 04.07.2025
Sosial
409
Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin nəticəsi olaraq, məcburi köçkünlərin doğma yurda qayıdışı getdikcə sürətlənir. Dövlət başçısının tapşırıqları əsasında, Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı çərçivəsində icra olunan tədbirlər işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma və iqtisadi inteqrasiya üçün əlverişli şərait yaradır.
Bununla yanaşı, Böyük Qayıdış məcburi köçkünlər üçün təkcə uzun illərdir, müvəqqəti də olsa, məskunlaşdıqları coğrafi məkanı dəyişmək deyil, həm də emosional, sosial, psixoloji cəhətdən yeni bir yaşayış mühitinə keçməkdir. Belə ki, bu prosesin yeni mühitə uyğunlaşmaq, məşğulluq məsələsini həll etmək, peşə bacarıqlarını artırmaq, özünü inkişafa və iqtisadi inteqrasiyaya nail olmaq kimi mühüm cəhətləri vardır.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi doğma yurda geri dönən həmvətənlərimizə psixososial dəstəyin təmin edilməsinin vacibliyini nəzərə alaraq məqsədyönlü tədbirlər görür. Dövlət Komitəsinin təşkilatçılığı, uzman klinik psixoloq, İstanbul Aydın univesitetinin doktorantı Fəxriyyə Nəsirzadənin rəhbərliyi ilə həyata keçirilən layihənin məqsədi məcburi köçkünlərin emosional, psixoloji və sosial reinteqrasiyasına dəstək verməkdir.
Layihə üzrə bu ilin may ayında onlayn formatda 5 psixoloji dəstək seansı təşkil olunub. Bu seanslara cəlb olunan məcburi köçkünlər yaşadıqları travmalarla bağlı fikirlərini bölüşüb, həmrəylik mühitində emosialarını sərbəst ifadə etməyə çalışıblar.
İyun ayında isə Bakıda, Qəbələdə və Bərdədə, layihə çərçivəsində, təlimlər təşkil edilib. Təlimlərdə iştirak edən məcburi köçkünlərə emosional yüklənmənin azaldılması, məşğulluq üçün psixoloji hazırlığın artırılması, motivasiya və özünəinamın gücləndirilməsi kimi mövzularda praktiki bilik və tövsiyələr, fərdi qaydada psixoloji məsləhət verilib.
Məsələ ilə bağlı “Sherg.az”a danışan psixoloq-konsultant Zeynəb Əyyubova bildirib ki, psixososial dəstək, məcburi köçkünlərin yaşadığı travmatik təcrübələr, itkilər və qeyri-müəyyənliklərlə mübarizə aparmasına kömək edən çoxşaxəli bir prosesdir:

“Travma, itki, depressiya, narahatlıq və stresslə mübarizədə fərdi psixoloji dəstək vacibdir. Bu, həm fərdin emosional sabitliyini təmin edir, həm də onun gündəlik funksiyalarını bərpa etməyə kömək edir. Bundan əlavə eyni təcrübələri yaşayan insanlarla paylaşım, tək olmadıqlarını hiss etdirməklə yanaşı, qarşılıqlı dəstək mühiti yaradır. Bu da sosial inteqrasiyanı asanlaşdırır. Uşaqlar üçün oyun terapisi, təhsil dəstəyi və emosional ifadə proqramları onların yaşadıqları travmanı daha sağlam şəkildə işləmələrinə yardım edir. Sosial izolyasiyanın qarşısını almaq üçün icma əsaslı fəaliyyətlər, mədəni və sosial tədbirlər çox önəmlidir. İnsanların yenidən özünü faydalı hiss etməsi, sabitlik və gələcək planlama bacarıqları üçün həyat bacarıqları təlimləri və peşə yönümlü proqramlar zəruridir. Psixososial dəstək məcburi köçkünlərin həyat keyfiyyətini birbaşa şəkildə yaxşılaşdırır. İnsanların narahatlıq, qorxu və depressiya kimi duyğularla daha sağlam mübarizə aparmasına imkan yaradır. Dəstək proqramları fərdlərin öz güclərinə və resurslarına inamını artırır. İcma ilə əlaqələrin gücləndirilməsi, təcrid olunma hissini azaldır və aidiyyət duyğusunu artırır. İnsanlar psixososial dəstək nəticəsində yenidən işləməyə, öyrənməyə və ailə rol və funksiyalarını yerinə yetirməyə başlaya bilirlər. Yaşadıqları çətinliklərə baxmayaraq, insanlar yenidən gələcək planlamağa başlayırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Planetin ən çox istehlak olunan əti…
18:18 27.08.2026
Maraqlı
“Kərkinin Azərbaycana qaytarılması mümkündür” - Ədalət Verdiyev
17:49 27.08.2026
Aktual
Qazaxıstan Qəzzada qoşun yerləşdirəcək
17:47 27.08.2026
Aktual
600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı
17:40 27.08.2026
Elm və Təhsil
Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır
17:25 27.08.2026
Dünya
“Bosniya qəssabı” Ratko Mladiç ölüb
17:18 27.08.2026
Gündəm
“Qarabağ”- “Tvente” oyunundan əvvəl fan zona təşkil olunacaq
17:06 27.08.2026
Cəmiyyət
Qaluzin: ABŞ-nin Ukrayna ilə bağlı mövqeyi dəyişib
16:40 27.08.2026
Dünya
Paşinyan: Ermənilər SSRİ-ni unudurlar
16:30 27.08.2026
Gündəm
"Balıqçılıq haqqında" qanun qüvvəyə minib
16:07 27.08.2026
Futbol
Rusiya edam cəzası verilən Bəşər Əsədi Suriyaya qaytrarır?
16:01 27.08.2026
Dünya
Bəs dənizin ortasında yosun varsa?
15:53 27.08.2026
Cəmiyyət
Avropa İttifaqı və Qrenlandiya təhlükəsizlik sazişi imzalayacaq
15:45 27.08.2026
Gündəm
Hava Limanında sərnişində narkotik vasitə aşkarlanıb
15:35 27.08.2026
Hadisə
Köçəryan xəstəxanadan həbsxanaya köçürüldü
14:50 27.08.2026
Cənubi Qafqaz