Psixoloq: "Tiktok cəmiyyəti"ni psixi fəlakət gözləyir
08:32 24.07.2025
Sosial
474
İnsanlar xəstə olduqlarını belə anlamırlar
Bahalı maşına pul var, amma müalicəyə yox
Ailədaxili zorakılıq və onun ağır nəticələri Azərbaycanda son illər cəmiyyətin narahatlıqla izlədiyi əsas sosial problemlərdən birinə çevrilib. Xüsusilə ailə üzvləri arasında baş verən fiziki zorakılıq hadisələrinin faciəli sonluqlarla nəticələnməsi, bu sahədə maarifləndirmə və preventiv tədbirlərin yetərli olmadığını göstərir. Sumqayıtda baş vermiş son olay – 1981-ci il təvəllüdlü Aslan Bədirovun döyülərək həyatını itirməsi və bu hadisə ilə bağlı onun yeniyetmə övladlarının saxlanılması ailədaxili gərginliyin nə qədər təhlükəli bir həddə çatdığını ortaya qoyur.
Bu cür hallarda təkcə hüquqi yox, eyni zamanda psixoloji və sosial aspektlər də diqqət mərkəzində olmalıdır. Ailədə emosional gərginliyin artması, valideyn-övlad münasibətlərindəki soyuqluq, maddi və mənəvi problemlər, həmçinin sosial mühitin təsiri ailədaxili münaqişələri daha da alovlandırır.
Hazırda artmaqda olan ailədaxili cinayətlər cəmiyyət üçün siqnaldır: ailədə baş verən zorakılıqlar artıq səssiz qalmamalı, hər bir fərdin təhlükəsizliyi və rifahı dövlət və ictimaiyyətin prioritet məsələsinə çevrilməlidir.
Psixoloq Vəfa Rəşidova Sherg.az-a açıqlamasında bildirib ki, bu kimi hadisələrin böyük əksəriyyətinin arxasında psixi pozuntular dayanır. Cəmiyyətimizdə psixi sağlamlıq problemlərindən əziyyət çəkən çoxlu sayda insan var, bəzi hallarda bu pozuntular açıq şəkildə özünü göstərir, bəzi hallarda isə gizli qalır:
“Təəssüf ki, belə şəxslərin əksəriyyəti vaxtında tibbi və psixoloji yardım almır. Ailələr və yaxınlar da çox vaxt bu problemi ciddiyə almır, nəticədə həmin insanlara lazım olan diqqət və dəstək göstərilmir. Bu isə zamanla daha ağır nəticələrə səbəb ola bilir, ailədaxili cinayətlərin artmasına zəmin yaradır. Psixi pozuntulardan əziyyət çəkən şəxslər, xüsusilə də müalicə və sosial dəstək almadıqda, emosional partlayışlara və nəzarətsiz davranışlara daha meyilli olurlar. Belə hallarda onlar həm özləri, həm də ailə üzvləri üçün potensial təhlükəyə çevrilə bilərlər. Təəssüf ki, psixi sağlamlıq məsələləri hələ də cəmiyyətimizdə tabu olaraq qalır, bu da ailələrin bu vəziyyəti gizlətməsinə, peşəkar yardımdan çəkinməsinə səbəb olur. Nəticədə, vaxtında müdaxilə olunmayan bu vəziyyətlər zorakılıqla nəticələnə və faciələrlə yekunlaşa bilər. Bu mənzərə, psixi sağlamlığın cəmiyyət üçün nə qədər vacib olduğunu və onun profilaktik tədbirlərinin nə qədər əhəmiyyət kəsb etdiyini bir daha göstərir”.
Psixoloq qeyd edib ki, insanlar ruhi sağlamlıqlarına önəm vermir. Geyimə, yeməyə, gəzməyə, əyləncəyə pul tapırlar, amma övladlarının davranış pozuntusu olduğunu bildikləri hallarda onu müalicə etdirmirlər:
"“Tik-tok”a baxsanız insanlar ancaq bahalı, brend marka maşın üçün mübarizə apardıqlarını açıqlayırlar. İnsani dəyərlər həddindən artıq aşağı düşüb. Psixozam, şəxsiyyət pozuntusu yaşadıqlarının fərqinə varmırlar, kimsə bunu ona desə belə əhəmiyyət vermir. Dediyim kimi, insanlar üçün sağlamlıqdan daha çox bahalı maşın və lüks həyat önəmlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi