
Psixoloqdan ÇAĞIRIŞ: Cəmiyyətin psixoloji rifahı, onun sabitliyi və təhlükəsizliyi üçün vacib amildir
12:08 20.05.2025
Sosial
376
Bakıda ictimai nəqliyyatda kəsici alətlə (bıçaq) qeyri-adekvat hərəkətlər edən qadın saxlanılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.
Qeyd olunub ki, Bakıda ictimai nəqliyyatda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən 1957-ci il təvəllüdlü qadın polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunamüvafiq tədbirlər görülüb.
Məsələ ilə bağlı Sherg.az-a danışan psixoloq Zeynəb Əyyubova bildirib ki, ictimai yerlərdə baş verən qeyri-adekvat davranışların arxasında ciddi psixoloji səbəblər dayanır:

“Bakıda ictimai nəqliyyatda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən qadının saxlanılması bir daha göstərdi ki, psixoloji sağlamlıq məsələsi cəmiyyət üçün nə qədər aktual və vacibdir. Bu kimi hallarda şəxsin psixoloji vəziyyəti hüquqi qiymətləndirməyə birbaşa təsir edir. Əgər şəxs hadisə zamanı adekvat deyilsə, yəni reallıqla əlaqəsini itiribsə, o zaman məhkəmə psixiatriya ekspertizası təyin olunur. Bu ekspertiza şəxsin ruhi vəziyyətini müəyyənləşdirir və nəticədə həmin şəxsin cinayət məsuliyyətinə cəlb olunub-olunmaması qərarlaşdırılır. Yəni hüquqi qiymətləndirmə, təkcə hərəkətin xarakterinə deyil, həm də həmin şəxsin psixoloji durumuna əsasən aparılır”.
Ekspert belə halların artmasının səbəbləri sırasında bir neçə sosial və psixoloji faktorları sadalayıb:
“Bura uzunmüddətli psixoloji gərginlik və emosional yüklənmə, sosial təcrid, dəstək sisteminin zəifliyi, ailə daxilində zorakılıq və ya uşaqlıq travmaları, işsizlik, iqtisadi çətinliklər, sosial ədalətsizlik hissi, mühitdə artan aqressiya və mənəvi boşluq daxildir. Həmçinin stres, sosial təzyiq və keçmişdə yaşanmış psixoloji travmalar insanın psixikasına dərin təsir göstərir. Zamanla bu travmalar basdırılsa da, bir gün kontrolsuz şəkildə özünü göstərə bilər. Xüsusilə qadınlarda uzun illər susqun qalan ağrıların və təzyiqlərin bir nöqtədə bu cür partlayışa çevrilməsi halları mümkündür. Psixoloq olaraq mənim fikrim budur ki, biz psixoloji sağlamlığı fiziki sağlamlıq qədər ciddiyə almalı, insanlar üçün əlçatan və stigma yaratmayan psixoloji dəstək imkanları yaratmalıyıq. Cəmiyyətin psixoloji rifahı, onun sabitliyi və təhlükəsizliyi üçün vacib amildir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm