
Psixoloqdan qətlə münasibət: Cinayyətə meyilli birinin qəlbində sevgi olması mümkünsüzdür
13:10 27.06.2024
Sosial
637
Dünən axşam Bakının Nərimanov rayonunda, "Metro Park" ticarət mərkəzinin önündə 21 yaşlı İsmayıl Allahverdiyev 24 yaşlı Tural Kosayevi qıza görə qətlə yetirib.
Hadisəni törədən şəxs 21 yaşlı İsmayıl Allahverdiyev müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur. Qətli də xidməti silahla törədib.
Məlumata görə, hadisədən bir müddət öncə tərəflər arasında yaşadıqları kənddə əlbəyaxa dava olub. Həmin davadan sonra onlar arasında münasibət daha da kəskinləşib. Öldürülən şəxs Tural Kosayev qətli törədən İsmayıl Allahverdiyevə zəng edib və onu görüşə çağırıb. Nərimanov rayonu ərazisində yerləşən "Metro Park" ticarət mərkəzinin qarşısında onlar mübahisə ediblər. Tural Kosayev İsmayıl Allahverdiyevə nalayiq ifadələr işlədib. Bu zaman İsmayıl xidməti silahı ilə havaya bir neçə atəş açıb. Daha sonra Tural Kosayevin baş və sinə hissəsinə atəş açaraq onu qətlə yetirib
Hadisə ilə bağlı fikirlərini bölüşən psixoloq Elmir Əkbər "Sherg.az"a bildirib ki, cəmiyyətdə aqressiya çox yüksəkdir və getdikcə artmaqda davam edir:

''Fikrimcə, burada vacib nüans insanların psixoloji maarifləndirilməməsi və emosiyalarını idarə edə bilməmələridir. Yəni, ən çox edilən şikayyətlərdən biri də əsəbdir. Əksər passientlər söyləyir ki, çox əsəbləşirəm, hirslənməmək üçün nə edim? Əslində, əsəbin idarə olunmaması problemi iki faktorla bağlıdır. Birincisi, emosional idarənin zəifliyi, ikincisi isə əsəbin nədən qaynaqlandığına dair yalnış düşüncələrdir. Yəni, insan adi şeylərə görə də hirslənə bilər. Bu da ən böyük problemdir. Hadisəyə gəlincə isə fikrimcə, burada həmin gənclərin ailələrinin səhvləri böyükdür. Çünki valideynlər övladlarını vaxtında psixoterapiya konsultasiyasına gətirsəydilər, bu dəhşətli cinayyət yaşanmazdı. Əlavə olaraq, burada qətiyyən normal sevgidən söhbət getmir. Bu cür adamlarda daha çox şəxsiyyət pozuntusu ,"borderline", narsist, antisosyal şəxsiyyət pozuntusu müşahidə edilir. Çünki belələri kiməsə bağlanaraq cinayyət törədirlər. Onlar heç vaxt sevmirlər. Sadəcə olaraq insanı əldə etməkdən həzz alırlar. Onsuz da cinayyətə meyilli olan birinin qəlbində sevgi olması mümkünsüzdür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Macarıstanda keçmiş nazir saxlanıldı
14:38 21.10.2026
Dünya
Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq
14:35 21.10.2026
Gündəm
TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan
14:23 21.10.2026
Region
Rusiya dizel yanacağının ixracını bərpa edir
14:01 21.10.2026
Dünya
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
13:56 21.10.2026
Gündəm
Ararat Mirzoyan: TRIPP daim ABŞ-yə məxsus olacaq
13:37 21.10.2026
Aktual
Lamin Yamal Mbappenin rekordunu təkrarladı
13:29 21.10.2026
Futbol
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:22 21.10.2026
Cənubi Qafqaz
"Barselona" PSJ-ni UEFA-ya şikayət edəcək - FOTO
12:57 21.10.2026
Futbol
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
12:43 21.10.2026
Hadisə
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
11:45 21.10.2026
Elm və Təhsil
Ermənistanda müxalifətə qarşı əməliyyat: 14 nəfər saxlanıldı
11:35 21.10.2026
Dünya
Yaşıl ulduz kəşf edildi
11:25 21.10.2026
Maraqlı
Ordubadın dağlıq ərazilərinə qar yağdı
11:22 21.10.2026
Ekologiya