
Psixoloqdan SOS siqnalı: 85 yaşlı ananın döyülərək öldürülməsi kollektiv psixoloji boşluğun göstəricisidir
10:00 14.07.2025
Sosial
464
Sabirabadda oğlu 85 yaşlı anasını döyərək öldürüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Mürsəlli kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 1940-cı il təvəllüdlü Zeynalova Balabikə İslam qızı ötən gün müxtəlif bədən xəsarətləri ilə Sabirabad rayon xəstəxanasına yerləşdirilib. 85 yaşlı qadın aldığı bədən xəsarətlərindən bu gün xəstəxanada ölüb.
İlkin məlumata görə, yaşlı qadın oğlu - 1972-ci il təvəllüdlü Zeynalov Ağamirzə İltimas oğlu tərəfindən döyülüb.
Həmin şəxs hazırda hüquq mühafizə orqanları tərəfindən dindirilir.
Faktla bağlı araşdırma aparılır.
Məsələ ilə bağlı “Sherg.az”a danışan psixoloq Zeynəb Əyyubova bildirib ki,bu cür hadisələr sadəcə cinayət faktı deyil, cəmiyyətin psixoloji sağlamlığına və ailədaxili münasibətlərə dair dərin siqnallardır:

“85 yaşlı bir ananın oğulu tərəfindən döyülərək öldürülməsi təkcə fərdi tragediya yox, həm də kollektiv psixoloji boşluğun göstəricisidir. Bu tip zorakılıq halları adətən uzunmüddətli ailədaxili psixoloji gərginlik, emosional bağlılığın pozulması, həll olunmamış travmalar və ya müalicə olunmayan psixi pozuntularla əlaqədardır. Bəzən bu, illərlə yığılıb partlayan emosional gərginlik, bəzən isə sosial təcrid, iqtisadi stress və ya psixoloji dəstəyin olmamasından qaynaqlanır. Biz ailələrə psixoloji yardımın yalnız problem çıxdıqdan sonra lazım olduğunu düşünürük. Halbuki, psixoloji dəstək profilaktik yanaşma olmalıdır. Ailələr üçün müntəzəm olaraq psixoloji maarifləndirmə, emosional savadlılıq təlimləri, ictimai dəstək mərkəzləri, pulsuz psixoloji konsultasiyalar təşkil olunmalıdır. Bundan əlavə, ailədaxili kommunikasiya bacarıqları, qəbul və empati qurma yolları kimi mövzularda təlimlər vacibdir. Hər ailə üzvü öz emosiyalarını necə ifadə edəcəyini və qarşısındakını necə anlayacağını öyrənməlidir. Psixoloji sağlamlıq təhsili məktəblərdən başlamalıdır. İnsanlar uşaq yaşlarından duyğularını tanımağı, konfliktlərlə sağlam şəkildə necə mübarizə aparmağı öyrənməlidirlər. Bütün rayon və şəhərlərdə açıq psixoloji yardım mərkəzləri, ailə psixoloqları, və sosial işçilərlə əməkdaşlıq qurulmalıdır. Ailə üzvləri arasında gərginlik hiss edildikdə bu, gizlədilməməli, əksinə dərhal mütəxəssisə müraciət edilməlidir. Ailə içində narazılığın artması, emosional uzaqlaşma və ya aqressiya müşahidə edilirsə, bu artıq SOS siqnalıdır. Unutmayaq ki, belə hadisələrin qarşısını almağın yolu, ailə üzvlərinin bir-birinə təkcə fiziki deyil, psixoloji dəstək göstərməsindən keçir. Psixoloji rifah ailənin dayanıqlığı və təhlükəsizliyidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi