
Sahib Məmmədov: Havanın temperaturu 41°C-dən yuxarı olduqda işəgötürən əmək prosesini dayandırmalıdır
13:13 31.07.2025
Sosial
584
İşçilərin sağlamlığına dəyən zərərə görə hüquqi məsuliyyət birbaşa işəgötürənin üzərinə düşür
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bildirir ki, havanın temperaturu 41 dərəcə selsidən çox olan hava şəraitində işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görmək işəgötürənlərin əsas vəzifələrindən biridir".
Bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.
"Əmək Məcəlləsinə əsasən, qeyd edilən hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. İşçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməli, fasilələrin sayı, müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır. Bu fasilələr iş vaxtına daxil edilməli və fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilməlidir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir",- qeyd olunub.
Həmçinin vurğulanıb ki, əmək şəraiti şərtləri imkan verdiyi hallarda günün isti vaxtında iş dayandırılaraq (uzun fasilə verilərək) iş günü hissələrə bölünməklə iş rejimi tənzimlənə bilər.
Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov Sherg.az-a açıqlamasında bildirdi ki, Havanın temperaturu 41°C-dən yuxarı olduqda və bu temperatur süni şəkildə tənzimlənə bilmədikdə, işəgötürən əmək prosesini dayandırmalıdır:

“Əgər işin texnoloji prosesi onun tam dayandırılmasına imkan vermirsə, bu zaman işəgötürən tərəfindən əlavə mühafizə tədbirləri həyata keçirilməlidir. Belə hallarda işçilərə mütəmadi fasilələr verilməli, iş sahəsində günəşdən qorunmaq üçün zontiklər qurulmalı, işçilər sərinləşdirici içkilərlə təmin olunmalı, onlara həsir, şlyapa və digər yüngül geyim vasitələri təqdim edilməlidir. Bu tədbirlər işçilərin günvurma və istivurma hallarından qorunması məqsədi daşıyır. Əks təqdirdə, işçilərin sağlamlığına dəyən zərərə görə hüquqi məsuliyyət birbaşa işəgötürənin üzərinə düşür. Bu tələblər həm dövlət, həm də özəl sektorda fəaliyyət göstərən müəssisələrə şamil olunur. Qeyd edilən şərtlər kondisioner və ventilyasiya sistemi ilə təmin edilmiş iş mühitlərinə aid edilmir. Əməyin mühafizəsi qaydalarının pozulmasına görə məsuliyyət İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuşdur. Belə ki, bu qaydaların pozulmasına görə fiziki şəxslər 500 manatdan 1000 manatadək cərimələnə bilər. Əgər pozuntu nəticəsində işçinin sağlamlığına yüngül dərəcədə zərər dəyibsə, məsələn, günvurma halı baş veribsə, bu halda cərimənin məbləği 1500 manatdan 2000 manatadək arta bilər. İşəgötürən sağlam və təhlükəsiz əmək şəraitini təmin etməyə borcludur və bu öhdəlik İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, müvafiq əmək mühafizə şəraitinin yaradılmamasına görə 700 manatdan 1500 manatadək cərimə tətbiq edilə bilər. Əgər əmək mühafizəsi qaydalarının pozulması nəticəsində işçinin sağlamlığına ciddi xəsarət yetirilərsə, o cümlədən işçi həyatını itirərsə və ya bir neçə nəfərin ölümü ilə nəticələnərsə, bu zaman məsələ Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə araşdırılır və cinayət məsuliyyəti tətbiq olunur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi