Sosioloq: Bu qədər zorakılıq hadisəsinin baş verməsi həm çox utandırıcı, həm də düşündürücüdür
11:30 29.07.2025
Sosial
441
2025-ci ilin yanvar-iyun ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 241 müraciət daxil olub.
Bu barədə "Report"un sorğusuna cavab olaraq komitədən məlumat verilib.
Qeyd edilib ki, ilin ilk 6 ayı ərzində 232 qadın, 30 kişi, 181 uşaq zorakılığa məruz qalıb.
Məlumata əsasən, dövlət qurumuna müraciətlərin 172-si fiziki, 53-ü psixoloji, 11-i iqtisadi, 5-i isə cinsi zorakılıqla əlaqədar olub.
Həmçinin müraciətlərin 56,4 faizi Bakı şəhərinin, 43,6 faizi regionların payına düşür.
Sosioloq Mətanət Məmmədova “Sherg.az”a bildirdi ki, cəmi 6 ay ərzində Azərbaycan cəmiyyətində bu qədər zorakılıq hadisəsinin baş verməsi həm çox utandırıcı, həm də düşündürücüdür:
“Necə olur ki,232 qadın, 60 kişi, 181 uşaq zorakılığa məruz qalır? Bunun bir neçə səbəbi ola bilər: spirtli içki, narkotik maddə qəbulu, psixoloji vəziyyətin normal olmaması, uşaqlıqda alınan travmalar, eyni zamanda sosial problemlər - məsələn işsizlik, qazancın olmaması, kişinin gün ərzində işdə deyil, evdə oturması, pulsuzluğun yaratdığı əsəb-gərginlik. Bu halların hər birində zorakılığa meylli olan kişi evdə adi bir söhbətdən həm həyat yoldaşına, həm də övladına qarşı güc tətbiq edə bilir. Tək kişilər deyil, həmçinin elə qadınlar da var ki, həm həyat yoldaşına, həm də övladına qarşı zorakılıq törədir. Bunun da ayrıca səbəbləri var. Başlıca səbəb təbii ki, sosial problemdir. Çünki sosial problemlər- mənzil şəraitinin aşağı səviyyədə olması, içsizlik, qazancın olmaması insanda istər-istəməz əsəbi hal yaradır. Qadın evdə hər gün “nə bişirim?” problemi ilə üzləşirsə, paltar yumağa yuyucu toz tapa bilmirsə, uşağına bez, qida ala bilmirsə, təbii ki, əsəbi olacaq. Bu zaman evdə yaranan adi bir söz-söhbət şiddətlə nəticələnə bilir. Onu da vurğulayım ki, bəzi ata və analar televizor xəstəliyinə düçar olublar. Hər kəsin öz seyr etdiyi veriliş, serial var. Bax, kişi ilə qadın arasında zorakılığa səbəb həm də bu məsələdir. Eyni zamanda bu xəstəlik uşaqlara qarşı da zorakılıqla nəticələnir. Nə üçün? Onların səssiz dayanması arzulanır, əks təqdirdə isə zorakılığa məruz qalırlar”.
Sosioloqun sözlərinə görə bəzən isə uşağı özümüz səhv tərbiyə etdiyimizə baxmayaraq ona etdiyi səhv hərəkətlərə görə zorakılıq tətbiq edirik:
“Hansı ki, bu zorakılığı ona deyil, özümüzə tətbiq etməliyik. Zorakılıq varsa, hüququ qiymət də olmalıdır. Yoxsa cəmiyyətdə bunun qarşısını almaq mümkün olmaz. Eyni zamanda sosial mexanizmlər tətbiq edilməlidir ki, zorakılıq halları aradan qaldırılsın. Başlıca olaraq vətəndaşın məşğulluğu təmin olunbmalıdır. Sahibkarlığa, kiçik biznesin inkişafına stimul yaradılmalıdır. Bizim bəzi məmurlar var ki, kimsə özü üçün kiçik bir biznes qurmaq istəyirsə, dərhal ondan elə bir “şapka” istəyir ki, insan məcbur qalıb işini bağlayır. Belə olan halda isə güc dövlətin üzərinə düşür. Lakin məşğulluğun təminatına həm dövlət, həm də özəl sektorlar şərait yaratmalıdır. Psixoloji mərkəzlərin fəaliyyəti artırılmalıdır. Spirtli içki və narkotik maddə qəbul edən insanlarla iş gücləndirilməlidir. Onlara ailədaxili münasibətlərə xələl gətirən halların aradan qaldırılması dəstəyi verilməlidir.
Ümumilikdə isə həm kişi, həm də qadının bir qədər dözümlü olmaları, ailədə bir-birini anlamaları, yarana biləcək bütün vəziyyətlərdə səbr göstərmələri vacibdir. Qaldı uşaqların bir-birinə qarşı zorakılığına, onları zorakılığı ehtiva edən cizgi filmləri əvəzinə, mənəvi dəyərləri özündə birləşdirən filmlərə baxmasına nəzarət edilməlidir. Unutmayaq ki, bu gün cəzasız qalan cinayət kimi, istənilən həlli olmayan sosial məsələ də cəmiyyətdə səhv fikir formalaşdırır və yeni zorakılıq hadisələrinə yol açır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi