Sosioloq: İstehlak səbətinin iqtisadi və sosial faktorlar səbəbindən yenilənməsinə ehtiyac var
10:44 23.06.2025
Sosial
465
"Milli Məclis "Yaşayış minimumu haqqında" Qanunu qəbul etdi. Yeni dəyişikliklərə əsasən, tibb və təhsil müəssisələri ilə yanaşı, sosial sahəyə aid müəssisələrdə şəxslər üçün də yeni qida normaları təsdiq ediləcək. Belə ki, mövcud qanunvericilikdə sosial sahəyə aid müəssisələr üçün normaların təsdiqi nəzərdə tutulmur və bu da institusional olaraq onların bu imkandan tam faydalanmasına imkan vermirdi".
Oxu.Az xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov paylaşım edib.
Deputat bildirib ki, yeni dəyişikliklər bu boşluğu aradan qaldıracaq:
"Eyni zamanda, gözlənilir ki, sonuncu dəfə 11 il öncə təsdiq edilən minimum istehlak səbətinin yeni tərkibi bu il müəyyənləşərək təsdiq olunacaq. Bu da sözügedən qanunun 3.2-ci maddəsinin tələblərinə uyğun həyata keçirilir.
Minimum istehlak səbətinin yeni tərkibinin müəyyənləşdirilməsi son təsdiqdən ötən dövrdə yaranan xərclərin də nəzərə alınmasına imkan verəcək. İstehlak səbətinin yeni tərkibinin müəyyənləşməsi hazırda dəyəri 285 manat olan yaşayış minimumunun növbəti dövrlərdə də artırılması üçün imkanlar yaradacaq. Nəticədə, ehtiyac meyarının artırılması sosial yardım məbləğinin də yüksəlməsinə imkan verəcək. Çünki o meyar nə qədər çox artırsa, dövlət büdcəsindən sosial yardıma o qədər çox vəsait ayrılır. Bu isə xüsusən sosial dəstəyə daha çox ehtiyacı olan vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi baxımından vacibdir".
Sosioloq Mətanət Məmmədova "Sherg.az"a bildirib ki, bəzi situasiyalar mövcud qanunlara yenidən baxılmasını, əlavə və dəyişikliklər edilməsini tələb edir:
“Bu gün Milli Məclisdə “Yaşayış minimumu haqqında” qanuna dəyişikliyin qəbul edilməsi, yəni tibb və təhsil müəssisələri ilə yanaşı, sosial sahəyə aid müəssisələrdə şəxslər üçün də yeni qida normaları təsdiq edilməsinin nəzərdə tutulması da dövrün tələbidir. Təklif olunan qanun layihəsi qüvvəyə mindikdən sonra minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında yeni qida normalarının tibb və sosial sahəyə aid müəssisələrdə tətbiq edilməsi təqdir olunacaq haldır. Çünki qanun müəyyən kateqoriyadan olan insanların-yaşlıların, xüsusi qayğıya ehtiyacı olan şəxslərin, o cümlədən sosial dəstəyə ehtiyacı olan digər insanların yaşadığı mərkəzlərdə qida təminatının düzgün tənzimlənməsi ilə həyat keyfiyyətinin artırılmasına və insanların sağlam inkişafına xidmət edəcək. Bununla yanaşı həm də dövlət büdcəsindən artıq maliyyə xərclərinin azalmasına səbəb olacaq. Son dövrlərdə dövlətin sosial sahəyə ayırdığı diqqətin davamı olacaq bu qanun minimum istehlak səbətinin də yenidən formalaşmasına şərait yaradacaq. Belə ki, 11 il əvvəl formalaşan istehlak səbətinin iqtisadi və sosial faktorlar səbəbindən yenilənməsinə ehtiyac var. Ötən illər ərzində bütün sahələrdə qiymətlərin bahalaşması, ildən-ilə yaranan yeni tələblər hazırda 285 AZN məbləğində olan yaşayış minimunun da artırılmasını zərurətə çevrilib. Belə olan halda isə düşünmək olar ki, yaxın gələcəkdə minimum istehlak səbətinin artırılması da reallaşacaq ki, bu da sosial yardım məbləğinin yüksəlməsinə imkan yaradacaq. Bütün bunlar isə ümumi olaraq sosial qayğıya ehtiyacı olan həssas qrupların rifahına müsbət təsir edəcək amillərdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi