
Sosioloq od püskürdü: Bu halın yaşanması birinci dəfə deyil ARAŞDIRILSIN
09:19 02.04.2024
Sosial
527
Sosial şəbəkələrdə canlı yayımda bir yaşlı uşağa siqaret çəkdirən ata saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin baş inspektoru Elbrus İbrahimov məlumat verib.
Bildirib ki, tədbirlərlə 1 yaşlı övladını hüquqazidd hərəkətə məruz qoyan 1993-cü il təvəllüdlü Nəbili Məhəmməd müəyyən olunaraq saxlanılıb.
"O, bu hərəkətinin məqsədini sosial şəbəkələrdə auditoriya toplamaq olması ilə izah edib. Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb", - DİN rəsmisi qeyd edib.
Sosioloq Lalə Mehralı “Sherg.az”a bildirib ki, bu halın yaşanması birinci dəfə deyil:

“Əvvəllər də övladına spirtli içki içizdirən, siqaret çəkdirən və bunu çəkib sosial şəbəkələrdə paylaşan insanlar barədə tədbirlər görülüb. Keçmişdə tik tok olmadığına görə sosial media istifadəçiləri də bu dərəcədə aktiv deyildilər. Ona görə də, baş verən hadisələr bu qədər əks-səda doğurmamışdı. Problemləri indi daha çox insanın görmə ehtimalı var. Canlı yayımda övladına siqaret çəkdirmək, spirtli içki içizdirmək və söyüş söydürmək ciddi formada araşdırılmalıdır. Bundan əvvəl canlı yayımda atanın öz övladına söyüş söydürməsinə şahid olduq. Həmin hadisəyə hüquq mühafizə orqanları tərəfindən diqqət cəlb edilərək ata saxlanılmışdı. Amma onun haqqında ciddi tədbirlər görülmədi. Ümumiyyətlə ciddi formada cəzalar tətbiq olunmalıdır. Valideynlər fərqində olmalıdır ki, uşaq tək onların övladı deyil, həm də cəmiyyətin bir fərdidirlər. Həmin uşaqların sağlamlığı və təhlükəsizliyi daim nəzarət altındadır. Baxış sayı qazanmaq, öz hökmünü yeritmək və başqalarının diqqətini cəlb etmək üçün atılan addımların nəticəsi uşağa zərərli şəkildə toxunur. Cəzaların sərtləşdirilməsinin və nəzarət mexanizminin daha da gücləndirilməsinin tərafdarıyam. Bəzən belə deyəndə insanlar reaksiya verir ki, cəzalar sərtləşdirilməməlidir. Çünki bu insan hüquqlarına ziddir. Lakin körpələrin böyüklərdən daha çox qorunmağa və müdafiə olunmağa ehtiyacı var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pivə qan damarları üçün faydalıdırmı?
08:20 27.05.2026
Sağlamlıq
“17 yaşımda striptiz-klubda işləyirdim”
07:51 27.05.2026
Şou
Avropaya səyahət edənlərin NƏZƏRİNƏ...
06:43 27.05.2026
Maraqlı
Çox yatmaq hansı xəstəliklərdən xəbər verir?
04:42 27.05.2026
Sağlamlıq
Cazın əfsanəsi dünyasını dəyişdi!
04:04 27.05.2026
Şou
Kütləvi işsizlik gözlənilir? - "OpenAI" rəhbəri danışdı
03:33 27.05.2026
Texnologiya
“Real Madrid”də prezident seçkilərinin vaxtı açıqlanıb
02:54 27.05.2026
Futbol
Netanyahu: İsrail 2 500-dən çox "Hizbullah" terrorçusunu məhv edib
00:40 27.05.2026
Dünya
Azərbaycanda Qurban bayramı qeyd olunur
00:17 27.05.2026
Cəmiyyət
İsrail HƏMAS-ın yeni liderini olduğu bazaya hücum etdi
23:59 26.05.2026
Dünya
İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib
23:11 26.05.2026
Rəsmi
Mahmud Abbas İlham Əliyevi təbrik edib
22:38 26.05.2026
Rəsmi
Netanyahu: İsrail Livanda əməliyyatı genişləndirir
21:51 26.05.2026
Dünya
Şərif Ərdoğanla regional məsələləri müzakirə edib
21:38 26.05.2026
Region
Ceyhun Bayramov və İshaq Dar bu məsələləri müzakirə ediblər
21:26 26.05.2026
Siyasət