Sosioloqdan həyacan təbili: Oğlanlar evlənməyə qız tapmayacaq
13:11 17.01.2024
Sosial
566
2023-cü ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 103367 doğulan körpə qeydə alınıb. Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,2-dən 11,1-ə düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub. Doğulanlardan 3134-ü əkiz, 135-i üçəm, 4-ü isə dördəm olub.
Statistikadan bəllidir ki, yenidoğulmuşların yarıdan çoxu oğlanlardır. Qız uşaqlarının sayı niyə azalır? Disbalansı qorumaq üçün nə etməliyik?
Məsələ ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı bildirib ki, selektiv abortların təhlükəli olduğu, oğlan və qızların sayında ciddi uçurumun olacağı əvvəlcədən məlum idi:
"Bu mövzu ilə bağlı millət vəkilləri ilə müzakirə aparılarkən qorxulu bir vəziyyətin olmadığını, öz-özünə stabilləşəcəyinə dair proqnozlar verilirdi. Zaman göstərdi ki, jurnalistlərin bu barədə narahatlığı doğru imiş. Orta məktəblərə, baxçalara baxış olunsa görərik ki, qızların sayı azlıq təşkil edir. Selektiv abortla bağlı vəziyyət nəzarətə götürülməyənə, bu vasitədən istifadə edən ailələr və həkimlər məsuliyyətə cəlb olunmayanadək heç nə dəyişməyəcək. Vaxt gələcək ki, oğlanlar evlənməyə qız tapmayacaq. Hesab edirəm ki, selektiv abortlarla əlaqəli ciddi formada tədbir görülməlidir. Ona görə də maarifləndirmə işləri aparımalıdır. Bunun kağızdakılarla qarışdırılmasının tərafdarı deyiləm".
L.Mehralı diqqətə çatdırıb ki, kağızda və qanunda hər şey var, lakin əmələ gəldikdə nəticə sıfırdır :
"Hüquqi qurumlar cəmiyyətin hər təbəqəsindən fikir alaraq dəstək gözləməlidir. Oğlanları dünya gətirmək üçün qızlara daha çox ehtiyyac var. Unutmamalıyıq, vətəni qorumaq üçün yetişdirilən oğlanların hər birini qadınlar dünyaya gətirir və tərbiyyə edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol