Təhlükə artıq evin içindədir: Valideynlər övladını texnologiyaya uduzur
Yusif Nəzərli
06:51 21.06.2025
Sosial
700
“Uşaq evdən qaçırsa, deməli, ailə artıq dağılmış sayılır!”
Masallıda itkin düşən məktəbli ilə bağlı araşdırma başlanıb. Baş Prokurorluqdan bildirilib ki, Masallı şəhəri, Dadva küçəsi ev 8-də yaşayan 12 fevral 2011-ci il təvəllüdlü, orta məktəbin VIII sinif şagirdi Əhmədova Xatirə Nurlan qızının 19 iyun 2025-ci il tarixdə saat 03 radələrində yaşadığı evdən çıxaraq itkin düşməsi barədə daxil olmuş müraciət əsasında Masallı rayon polis şöbəsi tərəfindən araşdırılır.
Sosioloq Mətanət Məmmədova Sherg.az-a açıqlamasında deyib ki, yeniyetmə yaşında olan uşaqların evdən qaçması və nəzarətsiz qalması halları bölgələrdə artmaqdadır:
“Əvvəllər daha çox şəhər mühitinə aid edilən bu sosial risklər artıq rayonlarda da müşahidə olunur. Halbuki, əksər hallarda bölgələrdə mühafizəkar ailə modeli, sosial nəzarət, məhdud hərəkət azadlığı kimi faktorların uşaqları bu cür təhlükələrdən qoruduğu düşünülürdü. Lakin reallıq dəyişib. Hətta ən qapalı mühitdə belə yeniyetmə qız və oğlanların ailədən xəbərsiz davranışlara əl atması göstərir ki, problem təkcə coğrafi və ya sosial nəzarətlə həll olunmur. Bu artıq ailə, cəmiyyət və texnoloji dəyişikliklərin birgə yaratdığı mürəkkəb psixososial fenomendir. Yeniyetməlik dövrü psixoloji baxımdan ən kritik mərhələlərdən biridir. Bu yaşda uşaqlar həm şəxsiyyətini formalaşdırmağa, həm də cəmiyyətin onlara verdiyi mesajlara cavab axtarmağa çalışır. Əgər ailə daxilində emosional bağlılıq zəifdirsə, valideyn nəzarəti formal xarakter daşıyırsa, bu uşaqların diqqət və anlayış axtarışı virtual mühitə və ya yanlış ünsiyyətlərə yönəlir. 13-14 yaşlı bir yeniyetmənin evdən çıxaraq, ailədən xəbərsiz şəkildə harasa getməsi bu prosesin təkcə nəticəsidir. Səbəb isə ailədəki münasibətlərin çat verməsidir.
Əgər uşaq gününün əksər hissəsini telefonda keçirirsə, sosial şəbəkələrdə tanımadığı insanlarla ünsiyyət qurursa və valideyn bundan xəbərsizdirsə, artıq nəzarət mexanizmi sıradan çıxmış sayılır. Xüsusilə ana-ata arasında münaqişələr, soyuqluq və ya emosional etinasızlıq uşaqda mənəvi boşluq yaradır və bu boşluğu doldurmaq üçün təhlükəli vasitələr seçilə bilər. Təəssüf ki, artıq rayon mühitində də sosial media və texnologiyanın təsiri ilə ailə münasibətləri zədələnir, nəzarət zəifləyir. Əvvəllər uşaqların sosial çevrəsi məhəllə, məktəb və ailə ilə məhdudlaşırdı. Bu gün isə onlar təkcə fiziki yox, həm də virtual məkanda sərbəst şəkildə hərəkət edir, bəzən yaşına uyğun olmayan şəxslərlə tanış olur, riskli davranışlara sürüklənir.
Burada əsas məsələ təkcə texnologiya deyil. Əsas məsələ — valideynlərin öz övladlarına ayırmadığı keyfiyyətli zaman, emosional dəstək və doğru istiqamətləndirmədir. Valideyn övladla dost münasibəti qurmadıqda, təkcə “qadağalarla” uşaq tərbiyə etdikdə, bu, daha çox əks reaksiya doğurur”.
Sosioloqun sözlərinə görə, yeniyetmələrin evdən qaçması və təhlükəli əlaqələr qurması bizim cəmiyyətimizə ənənəvi olaraq xas deyil:
“Bu, artıq ailə institutunun zəifləməsinin və dəyərlər sistemindəki deqradasiyanın nəticəsidir. Ailələrdə artıq “mənəvi dayaq” yox, “təhlükəsizlik boşluğu” yaranır. Əksər valideynlər maddi qayğılar içində övladının psixoloji ehtiyaclarını arxa plana keçirir. Bu isə uzunmüddətli sosial fəsadlara yol açır. Hər bir ana-ata bilməlidir ki, övladını yalnız fiziki baxımdan yox, psixoloji baxımdan da qorumalıdır. Onunla gündəlik ünsiyyət qurmalı, sosial dairəsini, emosional ehtiyaclarını anlamalıdır. Məktəblərdə psixoloqlar daha fəal olmalı, valideynlərlə sistemli görüşlər keçirilməlidir. Yeniyetmələrin davranışları erkən mərhələdə müşahidə olunmalı və müdaxilə olunmalıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də rayonlardakı icra strukturlarının uşaq və gənclərlə iş üzrə şöbələri daha aktiv işləməli, xüsusi risk qrupu olan ailələrlə fərdi profilaktik işlər aparmalıdır.
Uşaqlar və yeniyetmələr bizim gələcəyimizdir. Onları təhlükələrdən qorumaq üçün ailə, cəmiyyət və dövlət birlikdə çalışmalıdır. Gələcəyimizi itirməmək üçün bu gün ailə dəyərlərini bərpa etməli, texnologiyanın deyil, insan münasibətlərinin üstünlük təşkil etdiyi bir sosial mühit yaratmalıyıq. Bu gedişlə sabahımız necə olacaq?”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi