Türkiyə və Moldovanın sosial müdafiə qurumları ilə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
Yusif Nəzərli
07:17 18.04.2024
Sosial
336
Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Regional Sosial Təminat Forumu (Portuqaliya) çərçivəsində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Türkiyənin Sosial Müdafiə Qurumunun sədri Raci Kayanın görüşü olub.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və xalqların birliyi amilinə əsaslanan münasibətlərin iki qardaş ölkənin dövlət başçılarının birgə səyləri nəticəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb.
Ölkələrimiz arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində də əlaqələrin daim inkişaf etməkdə olduğu diqqətə çatdırılıb. Hər iki ölkədə sosial müdafiə sahəsində aparılan islahatlar prosesi barədə məlumatlar verilib. Bu sahədə davamlı xarakter alan təcrübə mübadilələrinin xüsusi önəm kəsb etdiyi bildirilib.
Əməkdaşlıq əlaqələrinin qarşıdakı dövrdə də daim genişlənməkdə davam edəcəyinə əminlik ifadə olunub, bu istiqamətdə qarşılıqlı olaraq səylərin göstərildiyi qeyd edilib.
Moldovanın Əmək və Sosial Müdafiə Nazirliyinin dövlət katibi Korina Ajder və həmin ölkənin Milli Sosial Sığorta Kassasının Baş direktoru Yelena Tsıbırne ilə də görüş olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Moldovanın Əmək və Sosial Müdafiə Nazirliyinin əməkdaşlıq istiqamətləri üzrə 2023-2024-cü illərə dair Fəaliyyət Planı üzrə görülən işlərdən bəhs olunub.
Həmçinin DOST təcrübəsinin Moldovada da tətbiqi ilə bağlı aparılan hazırlıq işləri diqqətə çatdırılıb. Fəaliyyət Planına əsasən bu məqsədlə iki qurum arasında ardıcıl təcrübə mübadilələrinin həyata keçirildiyi vurğulanıb.
Görüşlərdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadilələri aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə