Boris Consonun Türkiyədəki kəndi
Yusif Nəzərli
13:50 12.07.2023
Relaks
1926
Kalfat kəndinin statusu dəyişdirilir
Böyük Britaniyanın sabiq baş naziri Boris Consonun Türkiyənin Çankırı bölgəsindəki kəndi ilə bağlı dəyişiklik olacaq.
“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, Çankırının orta əyalətinə bağlı Kalfat kəndinin statusu dəyişdirilir. Boris Consonun nəsil-şəcərəsinin Kalfat kəndinə qədər uzandığı haqda bir müddət əvvəl xəbər paylaşılmışdı.
Kalfat kəndi 1954-cü ildən qəsəbə adlanıb. Lakin illər keçdikcə əhalisinin sayı getdikcə azaldığından 2014-cü ildə qəsəbə statusu ləğv edilib. Kalfat Gənclik Dərnəyi kəndə əvvəlki statusunun qaytarılması üçün iddia qaldırıb. Hüquqi müstəvidə aparılan işlər tamamlanıb və kəndə yenidən qəsəbə statusu verilib. İndilik Kalfata müvəqqəti bələdiyyə başqanı təyin edilib, yaxın zamanda seçki günü təyin ediləcək və bələdiyyə seçkiləri keçiriləcək. Kalfat kəndinin muxtarı Bayram Tavukçu deyib ki, kəndə yenidən qəsəbə statusu verilməsinə sevinirlər: “Çox məmnunuq. Kalfat əhalisi buna çox sevinir. 2014-də bağlanan bələdiyyəmiz yenidən işə başlayacaq. Xalqa daha çox fayda verəcək”. Kalfat sakini Zəkəriyyə İşıq da kəndin qəsəbə statusunun çox faydası olacağını deyib: “Bələdiyyə ləğv edildikdən sonra çox sıxıntı çəkdik. Bundan sonra kənddə yaşayışın daha da gözəl olacağına inanıram. Bələdiyyə olsa, insanlar hara toplaşmalı olduqlarını, hardan kömək istəyəcəklərini biləcəklər. Bəzən sıxıntılarımız olur, kimə, hara deyəcəyimizi, hansı qapını döyəcəyimizi bilmirik. Bundan sonra işimiz asanlaşacaq”. Qeyd edilir ki, Kalfat kəndi Boris Conson baş nazir olduqda gündəmə gəlib. Deyilənə görə, Boris Conson Osmanlının son dönəmlərində xarici işlər naziri olmuş Əli Kamalın nəvəsi Stenli Consonun oğludur. Əli Kamalın nəsil-şəcərəsi isə Kalfat kəndinədək uzanır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya