
Ukraynanın şərqinin işğalı gözlənilir
05:33 23.05.2024
Siyasət
451
Yay aylarında müharibənin taleyi bəlli olacaq
Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun 22-ci iclası keçirilib. "Ramşteyn" formatında keçirilən virtual görüşün açılışında ABŞ müdafiə naziri Lloyd Ostin çıxış edib. ABŞ müdafiə naziri deyib ki, Putinin işğalçıları suveren Ukrayna ərazisinə növbəti hücuma başlayıb: "Kreml qüvvələri Ukrayna sərhədi boyunca bufer zona yaratmaq cəhdi ilə yaxın həftələrdə daha da irəliləməyə çalışacaq". O vurğulayıb ki, rusların Xarkov üzərinə yeni hücumu Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun əhəmiyyətini gücləndirir. Ostin qeyd edib ki, Rusiya Ukrayna şəhərlərini intensiv şəkildə bombalamağa davam edir: “Beləliklə, hava hücumundan müdafiə məsələsi bu gün gündəmimizdə əsas yer tutacaq. Mən bütün müttəfiqlərimizi və tərəfdaşlarımızı Ukraynanı təcili olaraq ehtiyac duyduğu hava hücumundan müdafiə qabiliyyəti ilə təmin etmək imkanlarını yenidən nəzərdən keçirməyə çağırıram”. ABŞ müdafiə naziri iclasda koalisiyanın imkanlarının koordinasiyası məsələsinin müzakirə olunacağını bildirib. Onlayn iclasda 50-yə yaxın ölkənin müdafiə nazirləri və müdafiə idarələrinin rəhbərləri iştirak edir.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Ramştaym formatının növbəti iclası Rusiyanın Ukraynaya qarşı sərhəd boyu hücumlarını genişləndirməsi fonunda keçirilib:

"Rusiyanın əsas hədəfi Ukrayna qüvvələrini parçalamaq və hücumun intensivliyini artırmaqdır. ABŞ, Böyük Britaniya və Almaniya Ukraynaya hərbi yardımları artırıb. Bundan sonra Ramştaym formatının qarşısında Rusiyanın hücumlarını durdurmaq və praktiki Ukraynaya hərbi yardımları artırmaqla əks-hücum əməliyyatlarina nail olmaqdır. ABŞ 61 milyard, Böyük Britaniya daha böyük hərbi yardımlar və Almaniyada bütün parametrlərlə Ukraynaya yardımları çatdırmalıdır. Qarşıda Rusiyanın hücumunun intensivliyi və Ukraynanın şərqinin işğalı gözlənilir. ABŞ və Avropa ölkələri yeni mərhələdə Ukraynaya real dəstəyi artıraraq Ramştaym formatı çərçivəsində üzərlərinə düşən vəzifələri icra edəcək. Yay aylarında müharibənin taleyi bəlli olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi