
Bəşər Əsəd müsəlman xalqlarının üz qarası idi -ŞƏRH
Yusif Nəzərli
06:34 13.12.2024
Dünya
629
Gec də olsa, ilahi ədalət öz yerini tapdı, param-parça olmuş Suriya xalqının ah-naləsi, duaları ünvanına yetişdi
Çox qısa - iki həftədən də az bir müddətdə çürük Suriya rejimi devrilib. Suriya xalqı Bəşər Əsəd və atası Hafiz Əsədin yarım əsrlik dövrünü tarixin xarabalaqlarına qərq eləyib. Əsədin tərəfdarları - İran, Rusiya, “Hizbullah” zəiflədiyindən ona dəstək verə bilmədi və o, arxasında çox ağır bir sosial, iqtisadi, mənəvi miras buraxaraq Rusiyaya qaçıb.
Bəşər Əsədin 2000-ci ildən Suriyanı idarə etdiyini xatırladan siyasi şərhçi Fərid Şahbazlı deyib ki, o, 2011-ci ildə ölkədəki dinc etirazları vəhşicəsinə yatıraraq, yarım milyondan çox insanın ölümünə və 12 milyon insanın evlərini tərk etməsinə səbəb olan dağıdıcı vətəndaş müharibəsinə rəvac verib:

““Kiçik Əsəd” də atası kimi xalqına qarşı həddindən artıq qəddar və repressiv idi. Bu səbəbdən Suriya xalqı onilliklərdən bəri qorxu və panika içində yaşayıb.
Türklərə, azərbaycanlılara patoloji nifrəti olan Bəşər Əsədin ermənilərə həmişə xüsusi simpatiyası olub. Əsəd rejimi ikinci Qarabağ müharibəsində məhz Ermənistanı dəstəkləyib. 2020-ci ildə onun dirijor çubuğu ilə idarə olunan Suriya parlamenti qondarma erməni soyqırımını tanıyan qətnamə qəbul edib.
"Ermənistanın problemləri bizə yad deyil və biz Ermənistanı dəstəkləyirik" - bu sözləri Bəşər Əsəd ötən ilin noyabrında Ermənistan parlamentinin vitse-spikeri Hakop Arşakyanla görüşündə demişdi. Buna görə də onun rejiminin süqutu erməniləri də əməlli-başlı təşvişə salıb. Çünki İrəvan rejiminin əsas havadarlarından biri də tarixin zibilliyinə atıldı.
Bu da son deyil! Terrorçu Nubar Ozanyanın adı çökmüş Əsəd rejiminə çox doğmadır. Ozanyan Türkiyənin Marksist-Leninist Kommunist Partiyasının (Türkiyə Komünist Partisi) döyüşçü qanadı olan Türkiyənin Fəhlə və Kəndli Azadlıq Ordusunun (Türkiyə İşçi Köylü Kurtuluş Ordusu, qısaldılmış adı TİKKO) komandirlərindən biri olub. O, 1988-1990-cı illərdə Fələstində, 1992-ci ildə Qarabağda, 2014-cü ildə İraq Kürdüstanında, 2015-ci ilin iyulundan Suriyanın şimal-şərqində tərkibində ABŞ tərəfindən Türkiyə əleyhinə yaradılmış terrorçu YPG sıralarında döyüşlərdə iştirak edib. 2017-ci il avqustun 14-də isə “İslam Dövləti”nə (İŞİD) qarşı döyüşlərdə öldürülüb.
Hazırda Suriyada bu terrorçunun adını daşıyan “Nubar Ozanyan batalyonu” adlı erməni silahlı birləşməsi fəaliyyət göstərir. Son illərdə bu batalyon Əsəd rejiminə bağlı hərbi qruplaşmalara qarşı mübarizə aparan Türkiyəyə və türklərə qarşı terror aktlarında iştirak edib. Şübhəsiz ki, bu da Suriyadakı erməni diasporunun və Suriya hakimiyyətinin maraqlarına uyğun idi”.
F.Şahbazlının sözlərinə görə, Ermənistandakı Paşinyan rejimi Əsəd rejimi ilə əməlli-başlı tandem təşkil edib. Paşinyan 2019-cu ildə Suriyaya minatəmizləmə adı ilə 83 nəfərlik kontingent göndərib. Əslində isə bu dəstə Əsəd rejiminə dəstək üçün getmişdi:
“İkinci Qarabağ savaşı zamanı da erməni silahlı birləşmələrinin tərkibində Livandan, Suriyadan göndərilən terrorçular vuruşurdu və həmin terrorçular Qarabağa özbaşına gəlməmişdilər. Onları Bəşər Əsəd göndərmişdi.
Bundan əlavə, Bəşər Əsədin Suriyası müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində həmişə Azərbaycanın maraqlarına qarşı çıxış etməklə, Ermənistanla bağlı qətnamələri əngəlləməyə çalışıb və ya qəbul olunan sənədlərə qoşulmayıb.
Yeri gəlmişkən, Qarabağda separatçılıq hərəkatını başladan, Ermənistanın ilk Prezidenti Levon Ter-Petrosyan da Suriya əsillidir. “Caliber.Az”ın yazdığı kimi, onun atası Akop Ter-Petrosyan Suriya və Livan Kommunist Partiyasının yaradıcılarından biri olub. Suriyada ənənəvi erməni terror qruplaşmalarının yerli qurumları – “Daşnaksütyun” və “Hınçak” Bəşər Əsəd rejimində çox rahat və çox komfort fəaliyyət göstəriblər. Halbuki onların üzvləri zaman-zaman türk diplomatlarına qarşı Avropanın müxtəlif şəhərlərində terror aktları törədiblər.
Bir sözlə, guya müsəlman olan bu adam, əslində, müsəlmanların düşməni, Suriya xalqı başda olmaqla bütün müsəlman xalqların üz qarası idi. Gec də olsa, ilahi ədalət öz yerini tutdu, param-parça olmuş Suriya xalqının ah-naləsi, duaları ünvanına yetişdi. Ümid edək ki, yeni hakimiyyət bütün xalqı öz ətrafında toplamaqla, öz gələcəyini bəşəri və islami dəyərlər üzərində qurmaqla, bütöv, güclü və demokratik Suriyanın yeni tarixinin ilk səhifələrini yazacaq. Türkiyə və Azərbaycan artıq həmin dövlətin yanında olacaqlarını bəyan ediblər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm