
Analitik: Orbanın vasitəçiliyi nəticə verə bilər
Yusif Nəzərli
06:54 13.12.2024
Dünya
507
Ancaq bu, Ukraynanın sülh üçün şərtləri ilə ziddiyyət təşkil edəcək
Macarıstanın Baş naziri Viktor Orbanın Floridada Donald Tramp və milyarder İlon Maskla görüşməsi, ardınca Vladimir Putinlə telefon danışığı aparması Ukrayna müharibəsində tamamilə fərqli dinamika yaratmağa hazırlıqdır.
Bu sözləri “Sherg.az"a açıqlamasında siyasi təhlilçi Aqşin Kərimov deyib.
A.Kərimov ehtimal edir ki, Avropa İttifaqı Orbanı Moskva ilə münasibətlər səbəbindən tənqidlərə məruz qoysa da, Orbanın Tramp-Putin danışıqlarında vasitəçi olmaq ehtimalları elə birinci növbədə Avropa İttifaqının özünə lazımdır:

"Orban Tramp administrasiyası dövründə ABŞ ilə Avropa İttifaqı münasibətlərinin əhəmiyyətli dərəcədə pisləşməməsinə çalışır. Ancaq bu tendensiya elə qurulub ki, Trampla Putinin danışıqları üçün hər cür əsaslar paralel şəkildə saxlanılsın. Rusiya qoşunlarının Ukrayna cəbhəsində irəliləyişləri fonunda Macarıstanın broker qismində çıxışını çoxşaxəli etmək üçün Türkiyəyə səfər proqramı diqqətəlayiqdir.
Bununla regional münaqişələrin tənzimlənməsində və ya həllində Türkiyənin mövqeyinin Rusiya və ABŞ ilə uyğunlaşdırmaq məsuliyyətini Orban üzərinə götürmüş hesab olunur. Prosesdə Macarıstanın da müşahidəçi statusunda təmsil olunduğu Türk Dövlətləri Təşkilatının töhfələri gündəmə gəlir, lakin TDT-nin Çinlə əməkdaşlıq modeli ABŞ-nin regional şübhələrini artıra bilər, bu nöqteyi-nəzərdən Trampın hələ Orbana birbaşa etibar etdiyindən danışmaq tezdir”.
ABŞ diplomatiyası üçün əsas prioritetin Ukrayna müharibəsinin ədalətli həllindən çox münaqişənin necə həll olunması olduğunu vurğulayan siyasi təhlilçi hesab edir ki, Trampın siyasəti ABŞ-nin xarici siyasətindəki ümumi cəhətlərdən çox da fərqlənmir. Lakin o, Vaşinqtonun strateji maraqları naminə Rusiyanın hücum kampaniyasının davam etməsinin yaratdığı şəraitə “legitimlik” donu geyindirə bilər. Bu, Rusiya və ABŞ-yə sərfəli variantdır. Çünki Tramp fenomeni Rusiya ilə ABŞ arasındakı münasibətlərdə yaxınlaşma ehtimallarını gücləndirir.
Eyni zamanda Ağ Evlə Kremlin Ukrayna üzərindən vahid tənzimləyici strategiya qəbul etmək fikirlərini stimullaşdırır. ABŞ bunu Avropada birinci dərəcəli geosiyasi əhəmiyyətə çevirmək istiqamətinə salmaqda fürsət kimi görür.
Rusiya isə prosesi Ukraynadakı mövcudluğu və fəaliyyətlərini kənar oyunçular üzərində təsir rıçaqları kimi istifadə etmək təcrübəsi kimi nəzərdən keçirir”.
A.Kərimov hesab edir ki, Orbanın vasitəçiliyi nəticə versə, bu, Ukraynanın sülh üçün şərtləri ilə ziddiyyət təşkil edəcək:
“ABŞ-Rusiya münasibətlərində praqmatik səviyyə üstünlük təşkil etsə belə, bu, Avropanın digər hissələrində, əsasən da Balkan regionunda potensial münaqişə risklərini azaltmayacaq. Bu, ABŞ ilə Rusiyanın nüfuz bölgüsünün bərabər bölüşdürülməsi üzrə Kremllə Ağ Ev arasında gizli danışıqların başlaması üçün əsaslar yaradacaq. Türkiyə isə Avropanın zəif nöqtələrində təmsilçilik pasportunu yeni statusla yeniləmək imkanı qazanacaq...”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm