Qazaxıstan yanvarın 1-dən BRICS-in tərəfdaş ölkəsi olacaq
08:53 24.12.2024
Gündəm
274
Qazaxıstan 2025-ci ildə BRICS-in "tərəfdaş ölkə"si statusunu alacaq.
Bu barədə “Report”un Qazaxıstan bürosu ölkənin Xarici İşlər Nazirliyinin rəsmisi Aybek Smadiyarova istinadən məlumat verib.
"Bəli, Qazaxıstan BRICS-in “tərəfdaş ölkə”si statusunu alır", - A.Smadiyarov Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun müvafiq bəyanatını təsdiqləyərək bildirib.
Y.Uşakov ötən gün bildirib ki, Kazan sammitinin mühüm nəticələrindən biri BRICS-in tərəfdaş ölkələri kateqoriyasının təsis edilməsi və 13 dövlətdən ibarət siyahının razılaşdırılması olub. Bu dövlətlərə müvafiq dəvətlər göndərilib. Bu günə qədər Belarus, Boliviya, İndoneziya, Qazaxıstan, Kuba, Malayziya, Tailand, Uqanda və Özbəkistan BRICS-in tərəfdaş ölkəsi olmağa hazır olduqlarını təsdiq edib.
Onun sözlərinə görə, sadalanan ölkələr 2025-ci il yanvarın 1-dən rəsmi olaraq BRICS-in “tərəfdaş dövlətlər”i statusunu alacaqlar.
BRICS 2006-cı ilin iyun ayında təsis edilib və dinamik inkişaf edən iqtisadiyyata malik olan ölkələrin qeyri-rəsmi dövlətlərarası birliyidir. Təşkilata Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, BƏƏ, İran, Misir və Efiopiya daxildir.
Oxşar xəbərlər
“Daha çətin olan şimal sərhədindən başlayacağıq” - Nazir delimitasiyanın DETALLARINI AÇIQLADI
13:54 09.09.2026
Ceyhun Bayramov: Azərbaycanın iştirakı olmadan TRIPP layihəsinin icrası mümkünsüzdür
13:07 09.09.2026
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya