
Ekspert: Metroda təhlükəsizlik səddlərinin çəkilməsi xəsarətləri minimuma endirə bilər
11:09 08.01.2025
Cəmiyyət
526
Dünən axşam saatlarında metronun “Ulduz” stansiyasında relsin üzərinə düşərək xəsarət alan sərnişinin vəziyyəti açıqlanıb.
TƏBİB-dən bildirilib ki, yanvarın 7-də saat 22:44 radələrində 2007-ci il təvəllüdlü oğlan Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub:
“Baş-beynin travması diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib və dərhal əməliyyata alınıb. Hazırda müalicəsi Cərrahi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır”.
Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı "Sherg.az”a bildirib ki, bir çox dünya ölkələrində metroda qatarla platforma arasında səddlər çəkilib:

“Metroda qatarla platforma arasında təhlükəsizlik səddlərinin çəkilməsi sərnişinlərin təhlükəsizliyi üçün çox məqsədəuyğun və faydalı bir tədbir olardı. Belə sədlər, sərnişinlərin platformaya düşməsini və ya relslərə yaxınlaşmasını əngəlləyərək müxtəlif qəza halları və xəsarətləri minimuma endirə bilər. Bu, həm də hər hansı bir qəza və ya fövqəladə vəziyyət zamanı sərnişinlərin daha asan şəkildə qorunmasına imkan verir. Bundan əlavə, təhlükəsizlik sədlərinin qurulması yalnız xəsarətlərin qarşısını almaqla kifayətlənmir, həm də sərnişinlərin ümumi rahatlığını artırır və metronun daha etibarlı olmasını təmin edir. Ümumiyyətlə metroda bir çox işlər görülməlidir. Sadəcə təhlükəsizlik səddlərinin çəkilməsinin problemlərini və faydalarını dərindən araşdırmaq lazımdır. Təbii ki, belə bir sistemin qurulması müəyyən maliyyə və infrastruktur xərcləri tələb edir, lakin insan həyatının qorunması baxımından, bu investisiyalar olduqca əhəmiyyətlidir. Əslində intihar xarakterli hadisələrin, təsadüfi yıxılmaların qarşısını almaq üçün bunu etmək olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sumqayıtda "Azərboru" zavodunda bıçaqlanma oldu
22:10 13.11.2026
Hadisə
Rusiya Qara dənizdə yük gəmisini vurdu
21:42 13.11.2026
Gündəm
Bakıda avtomobil piyadanın həyatına son qoydu
21:17 13.11.2026
Hadisə
Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası
21:08 13.11.2026
Cəmiyyət
Rusiya və Çin ömrü uzadan dərmanlar hazırlayır
20:44 13.11.2026
Dünya
Quterreşdən XƏBƏRDARLIQ: “Yanan planetdə sülh qurmaq mümkün deyil”
20:43 13.11.2026
Gündəm
BMT: Yəməndə məcburi köçkünlərin sayı 340 mini ötüb
20:28 13.11.2026
Dünya
Dmanisidə V-VIII əsrlərə aid məbədin qalıqları aşkarlanıb
20:21 13.11.2026
Tarix
Avropanın enerji xəritəsində Azərbaycanın çəkisi artır - ŞƏRH
20:20 13.11.2026
Gündəm
Azərbaycanda kirayə qiymətləri 6 %-ə yaxın artıb
20:07 13.11.2026
Sosial
Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalanıb
20:05 13.11.2026
Dünya
Tələbələrin fotolarını montaj edərək hədələyən şəxs saxlanıldı
19:56 13.11.2026
Hadisə
Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil
19:47 13.11.2026
Cəmiyyət
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə