
Ermənistan avantüraya getsə, ərazi itkiləri ilə üzləşəcək - POLİTOLOQ
Yusif Nəzərli
14:42 22.03.2025
Gündəm
423
"Ermənistan iki ildir ki, Qərbi Zəngəzurda və Kəlbəcər istiqamətində şərti sərhəddə mühəndis istehkam işləri aparır. Bunkerlər və atəş sahələri yaradılır".
Bu sözləri "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert bildirib ki, Ermənistan Hindistandan aldığı artilleriya sistemlərini Azərbaycanla sərhəddə atəş nöqtələrində yerləşdirir:

"Avropa İttifaqının yarımhərbi "mülki missiyası" isə Ermənistanın bu hərbi hərəkətliliyinə susqunluq nümayiş etdirir. Azərbaycan Ermənistanla sərhəddə hər hansı ağır silahlar yerləşdirməyib və hərbi hərəkətlilik də yoxdur. Bunu Ermənistan tərəfi də təsdiq edib. Amma, Ermənistan tərəfi hər keçən gün Azərbaycanla sərhəddə qoşun növlərinin yerdəyişməsini həyata keçirir. Nikol Paşinyan bir tərəfdən sülh müqaviləsinin bağlanması istiqamətində açıqlamalar verir. Digər, tərəfdən müharibə hazırlığı edir. Paşinyanın hazırkı siyasətində bir neçə məqamı qeyd etmək olar. Birinci, İrəvan hökuməti Azərbaycanı "Zəngəzur dəhlizi" planından daşındırmaq istəyir. İkinci, strateji yüksəkliklərdən Azərbaycan mövqelərini çıxarmağa çalışır. Üçüncüsü isə danışıqlarda üstünlük qazanmaq niyyəti güdür. Həmçinin. Qubadlı və Zəngilan istiqamətində bir sıra əraziləri nəzarətə almaq istəyir. Bundan sonra isə Qarabağdan könüllü gedən ermənilərin geri qaytarılmasını müzakirə predmetinə gətirməyi düşünür. Bu da Qərbi Azərbaycan məsələsini gündəmdən çıxarmağa hesablanıb. Əgər, Ermənistan avantüraya gedib, Azərbaycana qarşı hərbi əməliyyatlara əl atarsa, ərazi itkilərinə məruz qalacaq".
Xəbər lenti
Hamısına bax
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə