
Kreml inadından əl çəkmir: Bakı və İrəvanın vasitəçiyə ehtiyacı yoxdur!
Yusif Nəzərli
10:05 27.03.2025
Aktual
458
"Kreml yenə Azərbaycanla Ermənistan arasında əsas vasitəçi olmaq istəyir".
Bu barədə "Sherg.az"a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Ekspert bildirib ki, halbuki Bakı və İrəvan vasitəçiyə ehtiyac olmadığını vurğulayıb:

"Hər iki tərəf mövcud razılaşmaları məhz birbaşa danışıqların nəticəsində əldə edib. Buna baxmayaraq, Kreml inadından əl çəkmir və Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi bölgəyə göndərməyə hazırlaşır. Xovayev İkinci Qarabağ müharibəsindən sonra az qala ildə bir neçə dəfə Bakı və İrəvana səfərlər edib, tərəflər arasında vasitəçi rolunu oynamağa çalışıb. Ancaq hər dəfəsində Bakıda və İrəvanda ona mədəni şəkildə “vasitəçiyə ehtiyacımız yoxdur” cavabı verilib. Kremli bu cavab qane etmədiyinə görə, təşəbbüslərini davam etdirir. Bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da daima təkrarlayır".
Siyasi şərhçi qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin mayın 9-da Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünə həm Azərbaycan Prezidenti İlham Əliyevi, həm də Ermənistanın baş naziri Nikol Paşinyanı dəvət edib:
"Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan tədbirdə iştiraklarını təsdiq ediblər. Kreml bundan istifadə edərək Moskvada dövlət başçısı İlham Əliyevlə Nikol Paşinyan arasında görüş təşkil etmək istəyir. Görüşün başlanğıcında Vladimir Putinin də iştirakı istisna deyil. Kreml Bakı və İrəvanın finişə yaxınlaşdıqlarını hesab edərək gələcək sülh sazişinin Moskvada imzalanmasına çalışacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi