Çinlə əldə olunan anlaşma çox böyük uğurdur - ŞƏRH
Yusif Nəzərli
14:51 23.04.2025
Gündəm
408
Azərbaycan qlobal kosmik bazarda strateji oyunçuya çevrilir
Azərbaycan və Çin arasında kosmik sahədə əməkdaşlıqla bağlı Anlaşma Memorandumu imzalanıb. Bu, Azərbaycan üçün çox ciddi və əhəmiyyətli bir məsələdir. İndiyədək Azərbaycanın kosmos sahəsində əsas partnyorları fərqli ölkələr olub. Amma kosmos sahəsində dünyada əsas söz sahibi olan ölkə ilə yüksək səviyyədə belə anlaşma əldə edilməsi böyük hadisədir.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Sherg.az”a açıqlamasında deyib ki, Çin-Azərbaycan kosmik əməkdaşlığı sadəcə texnologiya ötürülməsi deyil, Azərbaycanın qlobal kosmik bazarda strateji oyunçuya çevrilməsi deməkdir: “Bu anlaşma Azərbaycanın kosmos sahəsində beynəlxalq etimadını və imkanlarını daha da genişləndirəcək. Bu həm iqtisadi, həm də texnoloji suverenliyimizə birbaşa töhfədir.
Xatırladıram ki, indiyədək bu sahədə Çin şirkətləri ilə bir neçə müqavilələrimiz olub.
Bir neçə il öncə "Azərkosmos" Çin şirkəti “Emposat” ilə 7,3 metrlik yüksək dəqiqlikli peyk antenasının quraşdırılmasına dair müqavilə imzalamışdı. Bununla yanaşı, digər Çin şirkətləri – “Rhosoon”, “StarWin”, “Star.Vision”, “Satelliteherd” ilə də Azərbaycan arasında rəqəmsal rabitə, peyk müşahidəsi və süni intellekt əsaslı təhlillər üzrə əməkdaşlıqlar davam edirdi.
Yəni Çin şirkətləri öz yüksək texnologiyalarını gətirib ölkəmizdə quraşdırır və idarə edir, bu da ölkəmiz üçün həm texniki biliklərin, innovasiyaların ötürülməsi, həm də iqtisadi baxımdan gəlir deməkdir.
Yeni strateji anlaşma isə bu əməkdaşlığı Azərbaycanın Cənubi Qafqaz və Mərkəzi Asiyanın peyk rabitə mərkəzinə çevrilməsi deməkdir. Həmçinin Azərbaycanın “Tier 4” sertifikatlı teleportunun da dünyanın peyk operatorları üçün etibarlı hostinq mərkəzi kimi tanınması deməkdir.
Lakin burada diqqətçəkən, incə bir məqam var.
Məlumdur ki, Azərbaycanın yeni müşahidə peyklərini İsrail hazırlayacaq. Bununla bağlı ötən il İsrail şirkətləri ilə anlaşma imzalanıb.
Belə bir vəziyyətdə paralel olaraq Çinlə bu dərəcədə dərin kosmik əməkdaşlıqlar, görəsən, müəyyən risklər yarada bilərmi?
Çin və İsrailin regionumuzda geosiyasi maraqlarının fərqli olması baxımından eyni teleportdan həm Çin texnologiyaları, həm də İsrail istehsalı olan peyklərə xidmət göstərilməsi risklər yaradacaqmı?
Ümid edirəm və inanıram ki, Azərbaycan tərəfi bütün bu riskləri, “texnoloji balans” və “geosiyasi neytrallıq” prinsiplərini nəzərə alıb.
İstənilən halda, Azərbaycanın qlobal kosmik bazarda strateji oyunçuya çevrilməsi baxımından Çinlə əldə olunan anlaşma çox böyük uğurdur.
Çinlə imzalanan bu razılaşmalar sayəsində Azərbaycan tədricən regional deyil, qlobal kosmik ekosistemin fəal oyunçusuna çevriləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə
Donald Tramp: İranla müharibəni dayandırmağa tələsmirəm
15:44 17.08.2026
Dünya
Azərbaycanın dənli bitki ixracı 54%-ə yaxın artıb
15:20 17.08.2026
İqtisadiyyat
ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəldi
15:10 17.08.2026
Son dəqiqə
Ukrayna səfiri dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
15:03 17.08.2026
Siyasət
İran Omanla Hörmüz boğazı üzrə danışıqları davam etdirir
14:45 17.08.2026
Dünya
Artur Ovannisyan: KTMT-dən asılı qalmaq niyyətində deyilik
14:15 17.08.2026
Gündəm
İranda Xəzərlə bağlı beştərəfli görüş keçiriləcək
13:55 17.08.2026
Dünya
Növbəti köç karvanı Xocavəndə çatdı - YENİLƏNDİ
13:50 17.08.2026
Gündəm
Şərif Trampı təriflədi: Cəsarətli lider…
13:39 17.08.2026
Dünya
Rusiya Türkiyəni Qərbdən uzaqlaşdırmaq istəyir - Hasan Oktay
13:02 17.08.2026
Gündəm
İran Bərzaninin ofisini vurdu
12:31 17.08.2026
Dünya
Binədə futbol oynayan 26 yaşlı oğlan öldü
12:05 17.08.2026
Hadisə
İlham Əliyev Ukraynanın sabiq Prezidenti ilə görüşdü
11:58 17.08.2026
Gündəm
Bakıda mənzildən meyit tapıldı
11:30 17.08.2026
Hadisə