
Hindistanın manevrləri Azərbaycan-Pakistan birliyini zəiflədə bilməz -ŞƏRH
11:56 01.09.2025
Siyasət
398
Hindistanın beynəlxalq təşkilatlarda Azərbaycandan “qisas almağa” çalışması iki ölkə arasında siyasi-iqtisadi əlaqələrə birbaşa təzyiq elementi kimi çıxış edir
Bu gün Çinin Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü olub. Məhəmməd Şahbaz Şərif bu ilin aprel-may aylarında Hindistanın Pakistana qarşı hərbi təcavüzü zamanı Azərbaycanın göstərdiyi siyasi dəstəyə və həmrəyliyə görə Pakistan xalqı və hökuməti adından dövlət başçısına bir daha təşəkkürünü bildirib.
Azərbaycan-Pakistan əlaqələrinin qardaşlığa əsaslandığını deyən dövlət başçısı Pakistanın Hindistan üzərində qələbəsi münasibətilə təbriklərini çatdırıb. Prezident İlham Əliyev ölkəmizin Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistanın beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışdığını deyib. Bunun ölkəmiz üçün heç bir əhəmiyyət daşımadığını vurğulayan dövlət başçısı qeyd edib ki, Azərbaycan üçün qardaşlıq münasibətləri hər şeydən üstündür.
Xatırladaq ki, Hindistanla Pakistan arasındakı son qarşıdurma zamanı Hindistanda blogerlər, siyasətçilər Azərbaycanın mövqeyinə, qardaş Pakistana açıq şəkildə dəstək verdiyinə görə ölkəmizdəki istirahət məkanlarına planlaşdırılmış tətillərini ləğv etmişdilər.
Sosial Tədqiqatlar Mərkəzində sektor müdiri, politoloq Tural İsmayılov Sherg.az-a açıqlamasında qeyd edib ki, Prezident İlham Əliyevin Çində Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü regional və beynəlxalq kontekstdə strateji əhəmiyyət kəsb edir:

“Görüşdə Azərbaycanın Pakistana verdiyi siyasi dəstəyin vurğulanması, eyni zamanda Hindistanla bağlı açıqlamalar, iki ölkə arasında münasibətlərin dərinləşməsinə mühüm təsir göstərir. Bakı-Pakistan əməkdaşlığı həm siyasi, həm də iqtisadi sahələrdə möhkəmlənir və bu, regional balansın qorunmasına xidmət edir. Hindistanın beynəlxalq təşkilatlarda Azərbaycandan “qisas almağa” çalışması iki ölkə arasında siyasi-iqtisadi əlaqələrə birbaşa təzyiq elementi kimi çıxış edir. Lakin Azərbaycan-Pakistan əməkdaşlığı strateji tərəfdaşlıq çərçivəsində qurulduğundan Hindistanın diplomatik manevrləri bu münasibətlərin əsasını zəiflədə bilmir. Əksinə, qarşılıqlı dəstək və birgə layihələr, o cümlədən ticarət, enerji və infrastruktur sahələrində əməkdaşlıq, ikitərəfli münasibətləri daha da möhkəmləndirir”.
T. İsmayılovun sözlərinə görə, gələcək perspektivləri müəyyən edən əsas amillərdən biri regional təhlükəsizlik və geosiyasi balansdır:
“Azərbaycan-Pakistan əməkdaşlığı Cənubi Asiya və Qafqaz regionlarında strateji maraqların qorunmasına xidmət edir. Digər tərəfdən, iqtisadi maraqlar – ticarət dövriyyəsi, enerji layihələri və investisiya imkanları – tərəflər üçün əlaqələrin davamlılığını təmin edən mühüm şərtdir. Daxili siyasət və diplomatik səylər də perspektivi şərtləndirir. Hər iki ölkənin liderləri mövqelərini beynəlxalq səviyyədə açıq şəkildə nümayiş etdirərək qarşılıqlı etimadın formalaşmasını gücləndirirlər. Bu isə uzunmüddətli əməkdaşlıq üçün sarsılmaz baza yaradır. Azərbaycanın strateji maraqları və regional sabitlik prioritetləri, Pakistanın isə Cənubi Asiyada nüfuz və tərəfdaşlıq balansı məqsədləri, münasibətlərin gələcək inkişafını müəyyən edən əsas amillərdir. Hindistanın diplomatik təşəbbüsləri Azərbaycan-Pakistan əməkdaşlığına əhəmiyyətli təsir göstərə bilməsə də, bu, tərəflərin strateji və siyasi mövqeyini daha da qətiyyətlə formalaşdırır. İki ölkə arasındakı siyasi-iqtisadi əlaqələr həm regional sabitlik, həm də qarşılıqlı investisiya və ticarət imkanlarının genişləndirilməsi baxımından perspektivlidir. Bu münasibətlər yalnız diplomatik koordinasiya və qarşılıqlı strateji maraqlar əsasında uzunmüddətli və dayanıqlı ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa Cüdo Ümidləri Turnirinin açılış mərasimi keçirilib - FOTO
21:34 25.07.2026
İdman
Rusiya ordusu Ukrayna yük gəmisinə zərbə endirib
20:58 25.07.2026
Dünya
İsrail 70 fələstinlini saxladı - Səbəb
20:27 25.07.2026
Dünya
Tramp ermənipərəst senatoru rüsvay etdi - Əlisahib Hüseynov
20:19 25.07.2026
Siyasət
Üz estetikası etdirən Didem Ceran təhdid olunur
20:01 25.07.2026
Şou
Ermənistan Baş Qərargah rəisi hərbi hissələrə səfərlərə başlayıb
19:37 25.07.2026
Region
Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA
19:30 25.07.2026
Hadisə
Astarada azyaşlılara dini dərnək təşkil etdi, cərimələndi
19:27 25.07.2026
Cəmiyyət
Məhərrəmlik nə vaxt bitir?
19:24 25.07.2026
Cəmiyyət
Gürcüstanda baş verən zəlzələ Ermənistanda hiss olunub
19:04 25.07.2026
Hadisə
Benzinlə bağlı bu qadağanın müddəti artırılacaq - Novak
18:36 25.07.2026
İqtisadiyyat
Husilər: Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası davam edir
17:57 25.07.2026
Dünya
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
17:45 25.07.2026
Ekologiya