
Analitik: Bakı həmişə Fələstin məsələsi ilə bağlı dəstəyini açıq şəkildə ifadə edib
Yusif Nəzərli
12:05 30.09.2025
Siyasət
442
Silahlı qruplar susdurulsa, qəzzalıları kim qoruyacaq?
Zeynal Əmrəliyev: “Tony Bleyrin komissiyaya rəhbərliyi etiraz doğura bilər”
Biz ABŞ Prezidenti Donald Tramp tərəfindən təklif olunmuş Qəzza münaqişəsinə son qoymaq üçün Hərtərəfli Planının elan olunmasını alqışlayırıq.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, davamlı və ədalətli sülh səmimi öhdəlik, qarşılıqlı etimad və beynəlxalq hüquqa hörmət tələb edir.
“Məhbusların və girovların mübadiləsi, əhalinin humanitar ehtiyacların qarşılanması uzun müddətli sabitləşmə və siyasi həll yolunda etimadın qurulması və gərginliyin azaldılması üçün həyati əhəmiyyət kəsb edir.
Yalnız dialoq və xoş niyyət vasitəsilə, mərkəzində iki dövlətli həllin olduğu uzun müddətli razılaşmaya nail olmaq mümkündür”, - məlumatda vurğulanıb.
Politoloq Zeynal Əmrəliyev Sherg.az-a bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mövqeyi, sülhün əldə olunmasına dəstək kimi qiymətləndirilə bilər:

"Rəsmi Bakı həmişə Fələstin məsələsi ilə bağlı öz mövqeyini açıq şəkildə ifadə edib və bölgədə sülhün təmin olunmasına dəstəyini göstərib. Əgər təklif edilən plan, doğrudan da, Qəzza bölgəsinə sülh gətirəcəksə, Azərbaycan bunun qəbulundan yalnız məmnunluq hissi keçirər. Nazirliyin yaydığı açıqlamada da bu məqam öz əksini tapıb. Lakin əsas sual budur: Trampın təklif etdiyi plan həqiqətən bölgəyə davamlı sülh gətirə biləcəkmi? Burada söhbət beş illik idarəetmədən gedir, amma beş ildən sonra bölgədə hansı vəziyyətin yaranacağı qeyri-müəyyəndir.
Birinci növbədə həmin ərazidə sülh təmin olunmalıdır. Qəzzada kifayət qədər silahlı qruplar mövcuddur və onların silahsızlaşdırılması məsələsi gündəmdədir. Ancaq bu qruplar silahsızlaşdırıldıqdan sonra bölgədə yaşayan sadə insanları İsrail qarşısında kim qoruyacaq? Çünki İsrail müntəzəm olaraq Qəzza ərazisində əməliyyatlar həyata keçirir. Heç kim təminat vermir ki, sabah bölgədə kiçik bir silahlı insident baş verəcəyi halda İsrail yenidən hərbi əməliyyatlara başlamayacaq. Bu baxımdan, beş ildən sonrakı Qəzzanın taleyi qeyri-müəyyən qalır. Trampın əvvəlki planında hətta belə bir məqam vardı: Qəzzada yaşayan əhalini tamamilə köçürmək, ərazidə yeni yaşayış məntəqələri salmaq və bu bölgəni faktiki olaraq İsrailə ilhaq etmək. Bu yanaşma isə ciddi narahatlıq doğurur".
Analitik əlavə edib ki, Fələstin tərəfini narahat edən başqa bir məsələ də Böyük Britaniyanın keçmiş baş naziri Tony Bleyrin həmin komissiyaya rəhbər kimi təyin olunması ehtimalıdır:
"Çünki Bleyrin adı Yaxın Şərqdə mənfi mənada çəkilir. O, İraq müharibəsini başladan və ABŞ-nin sabiq prezidenti Corc Buşla birlikdə bu əməliyyata dəstək verən əsas fiqurlardan biridir. Bundan əlavə, onun İsrailə yaxın mövqeyi də məlumdur. Belə bir şəxsin Qəzza ilə bağlı komissiyaya rəhbərlik etməsi ciddi suallar və etirazlar doğurur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Norveç Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etdi
22:02 14.07.2026
Dünya
Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
21:49 14.07.2026
İnfrastruktur
TRT-nin Bakı nümayəndəliyinə yeni rəhbər təyin edildi
20:20 14.07.2026
Dünya
"Qəbələ" ilk yoxlama görüşündə "Kəpəz"i məğlub etdi
20:09 14.07.2026
Futbol
Küveyt ordusu: Düşmənin hava hədəfləri zərəsizləşdirilir
19:58 14.07.2026
Dünya
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
19:42 14.07.2026
Dünya
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə
Türkiyə Netanyahunu axtarışa verib
18:13 14.07.2026
Dünya