Afət keçmiş duet ortağından DANIŞDI: “Onunla toya gedəndə narahat olurdum”
Yusif Sultanoğlu
16:27 19.01.2021
Şou
614
Afət Fərmanqızı son günlərin ən çox müzakirələrə səbəb olan, “tənqid atəşi”nə tuş gələn müğənnilərindən biridir. O, Nəsiminin “Sığmazam” qəzəlindən sonra Nizami yaradıcılığına müraciət etməsi ilə gündəmdədir. Həm sosial şəbəkələrdə, həm də efirlərdə fəal olan A.Fərmanqızının açıqlamaları da müzakirə predmentinə çevrilir.
“Sherg.az” da şou-biznesin qalmaqallı müğənnisi Afət Fərmanıqızı ilə həmsöhbət olub. O, keçmiş duet ortağı meyxanaçı Asif Məhərrəmovdan danışıb:
“Asiflə hazırda yaxın dostuq. Duetlərimizdən əlavə onun icazəsi ilə 6 mahnısını oxumuşam. İş birliyimizi dayandırmağın bir neçə səbəbi var. O zaman işlərim indiki kimi yaxşı deyildi. Həm də Asif bəyin xarakterində bəzi nüanslara toxunmaq istəyirəm. Məsələn toya dəvət ediblər, saat 9-un yarısından 9-a qədər oxumalıyıq. Bir az gecikmə olub, 9-a 20 dəqiqə qalmış ifalara başlamışıq. Onda Asif bəy gileylənirdi ki, vaxtımdam gedir, oxuyub çıxmalıyam. Onu da başa düşürəm.
Lakin toy məclisidir, kiminsə qohumu çox danışa bilir və sair problemlər olur. Bir sözlə səbirsizdir. Dueti də oxuyanda gərək ondan xeyir götürəsən, qazanc əldə edəsən.
Xalq tərəfindən sevilməkdən əlavə bu məsələlər də vacibdir. Sevildikdən, tanındıqdan sonra toya çağırırlar. Gördüm ki, Asif bəy də hövsələsizdir. Bu da meyxanaçıların xarakteridir, onlar dəqiq adamdılar. Digər tərəfdən də haqqını tələb edir. Amma məndən asılı deyil axı. Sonra şou-proqramlara gedirdik.
Olurdu ki, bizi səhnəyə gec çağırırdılar, əvvəlcə böyük sənətkar oxuyub, əlavə mahnı ifa edib, yenə səbirsizlənirdi. Asifə bəraət də qazandırıram, amma elə məsələlər var ki, bizlik deyil.
Müğənni o zaman uğur qazanır ki, həm mahnısı sevilsin, həm də məclisdəki adamlarla dil tapa bilsin. Onunla toya gedəndə bir balaca narahat olurdum ki, nə qədər vaxt deyilibsə, o qədər oxumalı olacağıq. Birdən vaxtdan az ya çox olar, deyəcək ki, oxumuram. Çəkilişlərdə də elə edirdi. Texniki bir problem yaranırdı.
Bizə deyiblər, çəkiliş 12-dən 2-ə qədərdir. Bu bir az deyiləndən çox çəkəndə Asif çıxıb, gedirdi. O, dəqiq insandı. Biz də gərək getdiyimiz məclislərdə insanları, problemləri yola verməyi bacaraq. Başqa cür mümkün deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Prezidenti: Bu gün İran tərəfi ilə telefonla danışacağıq
18:05 23.03.2026
Dünya
Qalyan: Artıq müharibədən söhbət getmir
17:31 23.03.2026
Cənubi Qafqaz
Qohumların bezdirici cümlələri - Çoxu qarşılaşır
17:24 23.03.2026
Cəmiyyət
Bitməyən yorğunluğun səbəbi: Zehni “açıq səhifələr”
17:13 23.03.2026
Sağlamlıq
“Al Jazeera”: İran geri addım atmağa hazırdır
16:45 23.03.2026
Region
Trampın bu açıqlamasından sonra neft kəskin ucuzlaşdı
16:22 23.03.2026
Dünya
Rəsmi Bakı Rusiya XİN-ə cavab verib, Moskvadan izahat gözləyir
15:58 23.03.2026
Siyasət
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
15:51 23.03.2026
Hərbi
Putin azərbaycanlı alimi təltif edib
15:44 23.03.2026
Dünya
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət