Belə danışanda rəfiqələrim qəribə baxırdılar. Nə demişdimsə, necə istəmişdimsə, elə də reallaşdı. Oğlumun 5 yaşı var idi, 2000-ci ildə xarici məktəbə imtahan verib daxil oldu (Oxford məktəbi).
"Amerikanı heç sevə bilmədim"
Yusif Sultanoğlu
08:12 25.08.2020
Şou
669
Nura Suri:"Ancaq oğullarımın ikisi də orda yaşayır"
"Heyif ki, indi həyatımızın, arzularımızın kontrolu öz əlimizdə deyil. Sabah nə olacaq bilmirik"
“Ən çox London üçün darıxmışam. İlk dəfə orda həyat yoldaşımla 1998-ci ildə olmuşam. Yağışlı və tutqun havasını heç sevməmişdim. Amma şəhər özü maqnit misalı cəlbedicidir. İstanbul kimi...”
“Sherg.az” xəbər verir ki, bu sözləri rəsmi feysbuk səhifəsində tanınmış müğənni Nura Suri yazıb. O, şəxsi həyatı ilə bağlı maraqlı məlumatlar verib:
“Böyük oğlum orda təhsil alacaqdı.
Hələ övladım olmazdan əvvəl arzu etmişdim. Həmişə övladlarım oğlan olacaq (qız istəmirdim, çünki qadın olmaq heç asan deyil) və Avropada təhsil alacaqlar deyirdim.
Belə danışanda rəfiqələrim qəribə baxırdılar. Nə demişdimsə, necə istəmişdimsə, elə də reallaşdı. Oğlumun 5 yaşı var idi, 2000-ci ildə xarici məktəbə imtahan verib daxil oldu (Oxford məktəbi).
Ordan məzun olduqdan sonra İngiltərənin ən yaxşı 6 universitetinə qəbul olundu. Ən yaxşısını məsləhətləşib seçdik. 16 yaşında onu başqa ölkəyə təhsil almağa göndərdim. Mənim üçün ağır oldu. Amma bir ana kimi arzum idi. Tək yaşamağı, öz ayaqları üstə durmağı bacarmalıydı.
Şükür, bacardı da. Londonu oğlum orda yaşayanda sevdim. 5 il orda qaldı. Ortancıl oğlum da eyni məktəbdə təhsil alırdı, onun da Londonu seçəcəyinə əmin idim. Amma olmadı. Onu həm də yay məktəbinə göndərdim, qardaşı nəzarət edəcəkdi.
Getdi-gəldi ki, Amerikada təhsil alacam, ora mənlik deyil. Məyus idim, amma "necə istəyirsən, elə olsun" dedim. İmtahan verdi, ən yaxşı universitetə qəbul oldu“.
Sənətçi həmçinin qeyd edib ki, böyük oğlu da Amerikaya köçərək, orda işləməyə başlayıb: “İndi hər ikisi orada yaşayırlar. Amerikanı heç sevə bilmədim. Bir dəfə 1999-cu ildə getdim, sonra istəmədim.
Kiçik oğlumla fevralda 1 illik viza aldıq, Novruz bayramını qardaşları ilə Amerikada qeyd edəcəkdi, alınmadı, pandemiyaya görə gedə bilmədik. İngiltərəyə isə 5 illik vizam var.
Orda ailəvi dostlarımız yaşayır. Bu vaxtlar oralar çox gözəl olur. Payızı orda daha çox sevirəm. Payız orda çox gözəl olur. Payızın gəlişini Londonda qarşılamağın başqa həzzi var.
Heyif ki, indi həyatımızın, arzularımızın kontrolu öz əlimizdə deyil. Sabah nə olacaq bilmirik. Heç evimizdən istədiyimiz vaxt çıxa biləcəyimiz də məlum deyil. Övladlarımla nə vaxt görüşə biləcəyimi də bilmirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran ABŞ-yə vaxt qoydu - Ya razılaşma, ya da müharibə
21:00 17.08.2026
Region
İllərlə muzeydə sərgilənən hərbi texnika Ukraynaya göndərildi
20:49 17.08.2026
Dünya
Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?
20:37 17.08.2026
Sosial
"Bild": NATO Rusiyaya qarşı müharibə ssenarisi hazırlayıb
20:27 17.08.2026
Gündəm
Trampın nümayəndələrinin Kiyevə səfəri hələ təsdiqlənməyib
20:02 17.08.2026
Dünya
Bu, Naxçıvanın iqtisadi xəritəsini dəyişə bilər - Şokri
19:48 17.08.2026
İqtisadiyyat
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya