“Atamın məzarını dəyişmişəm, bir az köhnə idi”
Yusif Sultanoğlu
18:39 05.02.2021
Şou
583
Tanınmış müğənni Nadir Qafarzadə ARB tv-nin “Səhər-səhər” verlişinə qonaq olarkən həyatı ilə bağlı açıqlamalar verib. Valideynlərindən danışan müğənni göz yaşlarına hakim ola bilməyib.
“Sherg.az” xəbər verir ki, N.Qafarzadə mərhum anasından, uşaq vaxtı yaşadığı çətinliklərdən söz açıb:
“Hər kəsin ata-anası özünə görə yaxşıdır. Mənim üçün isə tamam başqadır.
Övlad da, bacı da, qardaş da sağ olsun.Lakin yaşlandıqca ana, atanı daha çox istəyirsən. Bu yaxınlarda xəstələndim, ən çox anamı axtardım. Hətta huşumu itirmişdim.
Sevinc deyir ki, ananı çağırırdın, qışqırırdın. Sonra anam yuxuma girdi. Kəndə tez-tez gedirəm, bacılarımla birgə yasin oxutdururuq, məzarına gül qoyuruq. Atamın məzarını dəyişmişəm, bir az köhnə idi. Rəhmətə gedəndə, kasıb idik, ucuz başdaşı düzəltdirdik.
Zaman keçdi, çoxları tənə etdi ki, Nadirin atasının başdaşı köhnədir. Möminlər dedi ki, başdaşını dəyişmək düzgün deyil. Amma bizim insanları bilmirsiz? İki gün olar, gedib, məzarını yeniləmişəm. Həm də onların yanında oğlum yatır.
Vəsiyyət etmişəm ki, atamın, anamın, övladım yanında torpağa tapşırsınlar məni. İki övladımı itirmişəm, biri oğlan, biri qız. Biri burdadır,o biri kəndə”.
Nadir kövrələrək əlavə edib ki, atası, anası sağ olan insanlara həsəd aparır:
“Bir nəfər danışır ki, anam məni incidir. Deyirəm, kaş anam sağ olaydı, məni incidərdi. Deyir, axı hərdən haqsız davranır. O həmişə haqlı danışır, haqsız sənsən. Ana necə haqsız ola bilər?
Haqsız ananın özü haqlıdır. Təki anam sağ olaydı, əlil ya kor fərqi yox, amma nəfəsi gələrdi. Hər dəfə yaşlı qadın görəndə qucaqlayıram, deyirəm anamın iyi gəlir.
Tez-tez kimisə anama oxşadıram. Anam çarşablı qadın olub. Heç vaxt onu şalsız görməmişəm. Özü də çox zəhmətkeş idi. Atamdan sonra 6 uşaq böyütdü.
İndi çoxları deyir ki, kimsə dolana bilmir, gedib hansısa işə əl atır. Bəs bizim anamız, ana deyildi? Gündüz bir yerdə işləyirdi, axşam başqa yerdə. Düz yolla çörək pulu qazanırdı.
Özü geyinmirdi, bizi geyindirirdi, yemirdi, bizi yedizdirirdi. Qonşular deməsin ki, bunların imkanı yoxdur. Yamaqlı da geyinirdik. Amma o abır-həyanı saxlayırdı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət
ABŞ İranda quru əməliyyatına başlasa... - Rudenko
13:52 23.03.2026
Dünya
Fransanın sabiq Baş naziri vəfat edib
13:20 23.03.2026
Dünya
Çin lideri İlham Əliyevi təbrik edib
13:07 23.03.2026
Rəsmi
Müctəba Xameneinin son durumu açıqlandı
13:00 23.03.2026
Dünya
Əli Laricanin məzarının şəkli yayılıb
12:52 23.03.2026
Region
Zülfiqaridən Trampa: Sən işdən çıxarıldın!
12:44 23.03.2026
Dünya
Saba 23 dərəcə isti olacaq
12:36 23.03.2026
Ekologiya
İran Körfəzi minalayacağı ilə hədələyib
12:20 23.03.2026
Region
Terapevt: Bayramdan sonra balanslı qidalanmaya keçidin vacibdir
12:07 23.03.2026
Sağlamlıq
Rusiyanın ən böyük neft terminalından biri vuruldu
11:59 23.03.2026
Dünya
“Bəsic”in Şiraz komandiri öldürüldü
11:49 23.03.2026
Ekologiya
Lənkəranda qaçaqmalçılıqla gətirilmiş 12 kq marixuana aşkarlanıb
11:40 23.03.2026
Hadisə
Tehrana görünməmiş zərbələr endirilir
11:32 23.03.2026
Region