Azərbaycanın tanınmış aktyoru “TikTok”dan nə qədər qazanır?
Yusif Nəzərli
07:21 12.04.2022
Şou
861
“Vağzalı” filmindən nə qonorar almışdımsa, Qubada xərclədim. Çəkilişlər orada getdi, orada da pulu xərclədim. Az idi, bir az narazılığım oldu. Üç il əvvəl başımı aldadıb çəkdilər”.
Axşam.az xəbər verir ki, bu sözləri aktyor Elcan Rəsulov verilişlərdən birində deyib.
Elcan bildirib ki, həmkarları yaradıcılıqlarına fasilə verməlidirlər:
“Hər şey adiləşib, yeniliklər etmək lazımdır. Dayanmaq lazımdır. Mən dayandım, həmkarlarda başlayıb. Durub, sıfırdan düşünüb, başqa səmtə doğru hərəkət etmək lazımdır. Bu günə kimi gəldiyimiz yol var idi, müəyyən yumor təqdim edirdik. Dünyada hər şey dəyişir, biz də dəyişməliyik. Bütün yayboyu düşünmək, sentyabrda yenilik etmək lazımdır”.
Elcan “TikTok”da qazandığı məbləği açıqlayıb:
“TikTok”da qazandığımı orada da xərcləyirəm. Başımı qatıram. Günə 50 dollar civarında qazanıram. Həftənin üç-dörd günü şəbəkəyə girirəm”.
Aktyor əlavə edib ki, hazırda bu sənətə yiyələnmək çox rahat olub:
“Komanda inkişaf edirsə, gərək hamı inkişaf etsin. Aktyorlar, aktrisalar yetişirlər. Əvvəl aktyor olmaq üçün beşinci, altıncı sinifdən çalışmaq lazım idi. İndi iki min manata istənilən adam aktyor olur. Bir telefon alır, özünü çəkir, ən pis şey də tutur, baxılır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi