Musiqiçilərə də qonorar vermişik. Heç musiqiçinin arxasınca danışarlar? Kiminsə şad günü olur, gedib əyləndiririk. Evdə oturmaqdan gərginləşirik. Toy çətindir, bunu bütün sənət adamları bilir. Amma bu əziyyətə baxmayaraq, pandemiya başlayandan gərginik. İnsanlar elə başa düşür ki, nəsə çatışmazlıqdan, aclıqdan edirik. Bu, sənət aclığıdır. Bu durum bizi öldürür. Yığışardıq, oxuyardıq. Bütün sənət dostlarım üçün darıxıram. Bir tikə şor-çörəklə doyan adamam. Qızıllarımı satmışam, yemişəm”.
"Diləyirik ki, toylara da icazə verilsin"
Yusif Sultanoğlu
09:36 04.02.2021
Şou
527
Elnarə Abdullayeva: "Qızıl məsələsini çoxdan demişəm ki, çətinliyə düşəndə qızıllarımı satıb yemişəm"
Sevilən xanəndə, Əməkdar artist Elnarə Abdullayeva “Günün sədası” proqramına qonaq olarkən bir ildir toyların olmamasından, şəxsinə yazılan tənqidlərdən danışıb. Xanəndə həmin verilişdə belə deyib: “Kimsə soruşur, bir ildir müğənnilər heç yana getmirlər, nə edirlər? Oturub gözləyirik ki, nə vaxt pandemiyadan öləcəyik. İndi bir məqsədimiz var, nə vaxt öləcəyik? Bunu niyə danırıq? Bizim işimiz musiqidir, onsuz yaşaya bilmərik. Biz toya gedəndə pulun hamısını özümüzə götürməmişik.
Musiqiçilərə də qonorar vermişik. Heç musiqiçinin arxasınca danışarlar? Kiminsə şad günü olur, gedib əyləndiririk. Evdə oturmaqdan gərginləşirik. Toy çətindir, bunu bütün sənət adamları bilir. Amma bu əziyyətə baxmayaraq, pandemiya başlayandan gərginik. İnsanlar elə başa düşür ki, nəsə çatışmazlıqdan, aclıqdan edirik. Bu, sənət aclığıdır. Bu durum bizi öldürür. Yığışardıq, oxuyardıq. Bütün sənət dostlarım üçün darıxıram. Bir tikə şor-çörəklə doyan adamam. Qızıllarımı satmışam, yemişəm”.
Biz də Elnarə xanımın özü ilə əlaqə saxlayıb, sözügedən açıqlaması ilə bağlı söhbət etdik. Əməkdar artist “Şərq”ə verilişdə toyların yoxluğundan şikayətlənmədəyini söylədi:
“Ümumiyyətlə, bir musiqiçi kimi işin olmamasından söz açdım. Adamın bağrı çatlayır axı. Hərənin öz işi var, biz də sənətlə məşğuluq. Qızıl məsələsini çoxdan demişəm ki, çətinliyə düşəndə qızıllarımı satıb yemişəm. Yəni köhnə söhbətdir.
İnsan hər çətinliyə dözür, təki salamatçılıq olsun, Tanrı dərd göstərməsin.
İkinci bir tərəfdən də işimiz, tamaşaçımız üçün darıxırıq. Məşq eləmək, oxumaq da istəyirik. Hamımızın dərdimiz-sərimiz budur. Allah deyib, oturmuşuq.
Şükür hər şey yaxşıdır. Diləyirik ki, toylara da icazə verilsin, cavanlarımız ailə qursun. Gözəl günlərdə, şadlıqda iştirak edək. Elnən gələn toy-bayramdır.
Bir də ki, pandemiya tək bizim işimizə deyil, bir çox sahəyə təsir göstərib. Bu günə də şükür. Allah millətimizə xoşbəxt günlər qismət eləsin. Torpaqlarımızı işğaldan azad etdik, ona görə ürəyimiz də sakitdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət
ABŞ İranda quru əməliyyatına başlasa... - Rudenko
13:52 23.03.2026
Dünya
Fransanın sabiq Baş naziri vəfat edib
13:20 23.03.2026
Dünya
Çin lideri İlham Əliyevi təbrik edib
13:07 23.03.2026
Rəsmi
Müctəba Xameneinin son durumu açıqlandı
13:00 23.03.2026
Dünya
Əli Laricanin məzarının şəkli yayılıb
12:52 23.03.2026
Region
Zülfiqaridən Trampa: Sən işdən çıxarıldın!
12:44 23.03.2026
Dünya
Saba 23 dərəcə isti olacaq
12:36 23.03.2026
Ekologiya
İran Körfəzi minalayacağı ilə hədələyib
12:20 23.03.2026
Region
Terapevt: Bayramdan sonra balanslı qidalanmaya keçidin vacibdir
12:07 23.03.2026
Sağlamlıq
Rusiyanın ən böyük neft terminalından biri vuruldu
11:59 23.03.2026
Dünya
“Bəsic”in Şiraz komandiri öldürüldü
11:49 23.03.2026
Ekologiya
Lənkəranda qaçaqmalçılıqla gətirilmiş 12 kq marixuana aşkarlanıb
11:40 23.03.2026
Hadisə
Tehrana görünməmiş zərbələr endirilir
11:32 23.03.2026
Region