Məşhur türkiyəli model həbs edildi
Məşhur türkiyəli model həbs edildi
12:51 17.09.2024
Şou
531
Məşhur türkiyəli keçmiş model Deniz Akkaya həbs edilib.
Bu barədə Oxu.Az İHA-ya istinadən xəbər verir.
Məlumata görə, model 15 yaşlı qızına qarşı zorakılıq etdiyi iddiası ilə 4 ay 27 gün həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, modelin Ayşe adlı qızına qaşı zorakılıq törətdiyi iddiası ilə mühakimə olunduğu məhkəmədə onun "Öz nəslindən olan bir insanı sadə silahla yaralama" maddəsi üzrə 9 aydan 1 il 6 aya qədər həbs edilməsi tələbi irəli sürülmüşdü. Bununla bağlı məhkəmə işi yekunlaşıb və qərar verilib.
Bildirilib ki, hadisə baş verən gün Akkaya ilə qızı Ayşe arasında baş verən mübahisə zamanı model istifadəyə yararlı və içərisində dəmir termos olan, silah hesab edilən çantanı, həmçinin simsiz qulaqlığı qızına doğru atıb, bundan əlavə, qızına təpik və şillə vurub, boğazını sıxıb.
Bu səbəblərə görə məhkəmə qızı Ayşenin ondan şikayətçi olmadığını da nəzərə alaraq, Deniz Akkayanı "Öz nəslindən olan bir insanı sadə silahla yaralama" maddəsi üzrə 4 ay 27 gün azadlıqdan məhrum edib.
Xatırladaq ki, Akkaya ilə Ayşe arasında qalmaqallı mübahisə zamanı o, qızının mobil telefonunu əlindən almaq istəyib və vəziyyət kəskinləşib. Ayşe anasını eyvanda kilidləyib və uzun müddət qapını açmayıb. Deniz Akkaya polis çağırıb və bu yolla evə girə bilib. Qızı tərəfindən zorakılığa məruz qaldığını iddia edən Akkaya onu cəzalandırmaq üçün müvəqqəti olaraq uşaq evinə göndərdiyini bildirib. Hadisədən sonra Akkayanın keçmiş əri Efe Önbilgin qəyyumluq iddiası qaldırıb və məhkəmə prosesini qazanıb.
Məhkəmə qızın uşaq evində qalmasını məqsədəuyğun saymayıb və Ayşenin qəyyumluğu atası Efe Önbilginə verilib. Məhkəmə Ayşenin uşaq evindən çıxarılaraq atasına təhvil verilməsinə qərar verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Conson: Trampa qarşı sui-qəsd cəhdləri adi hala çevrilir
03:23 25.05.2026
Dünya
Türkan Şorayın qızı saxlanıldı!
02:52 25.05.2026
Şou
"Real"ın ulduzu hamını geridə qoydu
02:18 25.05.2026
Futbol
Albaniya XİN Kiyevə zərbədən sonra Rusiya səfirini çağırdı
00:43 25.05.2026
Dünya
Füzuli sakinini ildırım vuraraq öldürüb
00:22 25.05.2026
Hadisə
Tramp: İranla saziş hələ tam razılaşdırılmayıb
00:00 25.05.2026
Dünya
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
23:38 24.05.2026
Cəmiyyət
NASA “Mars”ın nadir görüntülərini yayımladı
23:16 24.05.2026
Maraqlı
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region