“Mp3 mahnı yükləmə saytları bağlansın”
Yusif Sultanoğlu
13:55 04.02.2021
Şou
1194
“Bir zamanlar Azərbaycanda pirat studiyalar vardı. Sənətçinin yaradıcılığı pirat disklərlə, kasetlərlə satılırdı, amma ona heç nə çatmırdı. Bununla mübarizə aparmaq çətin idi. Çünki həmin studiolar kiminsə, qohumunun idi, arxasında dayıları olurdu və sair. İndi 2021-ci ildir, digital platfortmalar dünyasıdır. İstifadəçi ayda 4 manat ödəməklə dünya musiqisini əldə etmək imkanı qazanır. 50-dən çox belə platforma var, sadalamağa ehtiyac yoxdur. Sualım budur ki, texnologiya erasında niyə Azərbaycanda Mp3 mahnı yükləmə saytlarını bağlamırlar? Nə üçün bu sahədə qadağa qəbul olunmur? Beləliklə insanlar pis –yaxşı, bərbad, ya möhtəşəm, istehsal etdikləri musiqini sata bilsinlər. qazandıqları məbləğ də onların minumum xərclərini qarşılasın”.
“Sherg.az” xəbər verir ki, bu sözləri tanınmış müğənni, bəstəkar Murad Arif Feysbukda paylaşdığı videoda deyib.
M.Arifin sözlərinə görə bu, elementar bir şeydir:
“Harda fikirlərimi səsləndirsəm, deyirlər, görürsən Rusiyada da hələ həll etməyiblər, Somalidə belədir, Uqanda da elədir... və sair. Məncə, belə bir məqamda yeni texnologiyanı tətbiq etməyən yaxud da istifadəsini istəməyən, bu mövzuda geridə qalmış ölkələri misal göstərmək lazım deyil. İstərdim ki, sənət dostlarım da mənə qoşulsun. Aidiyyəti qurum, idarə və nazirliklər reaksiya versələr yaxşı olar”.
O, günümüzün aktual problemi olan pirat mahnı yükləmə saytlarından danışıb. M.Arif videonun şərh bölməsinə qeyd də əlavə edib:
“Bəllidir ki, musiqiçi teatrdan, klubdan, TV və radiodan qonorar almır. Bu halda, ümin yalnız "Musiqisini satmağa" qalır. O da alınmır. Çünki, ölkəmizdə Mp3 saytları, “YouTube”dən, Mp3 yükləyən proqramlar, bir sözlə piratçılıq imkan vermir. Əsl yaradıcılıq, əsl kreativlik mahnı, albom satılanda meydana gəlir.
Özəl məclislərə göz dikməyən ifaçılar da müxtəlif mövzuda, janrda, ritmdə maraqlı işlər təqdim etməyə başlayırlar. Hörmətli Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi , Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi , bütün sənətçilər adından, xahiş edirik. Ölkə ərazisində MP3 saytlarını və MP3 Konvertasiya səhifələrini (texniki olaraq) əngəlləmək çətin deyil, həll olunan məsələdir. Sadəcə bununla maraqlanmaq və problemi aradan qaldırmaq lazımdır.
Daha sivil və qayda-qanunlu şou-musiqi sektorumuz olsun, ən azı alternativ janr ifaçıları da qazana bilsin, sənətçilərdə yaradıcılıq stimulu yaransın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət
ABŞ İranda quru əməliyyatına başlasa... - Rudenko
13:52 23.03.2026
Dünya
Fransanın sabiq Baş naziri vəfat edib
13:20 23.03.2026
Dünya
Çin lideri İlham Əliyevi təbrik edib
13:07 23.03.2026
Rəsmi
Müctəba Xameneinin son durumu açıqlandı
13:00 23.03.2026
Dünya
Əli Laricanin məzarının şəkli yayılıb
12:52 23.03.2026
Region
Zülfiqaridən Trampa: Sən işdən çıxarıldın!
12:44 23.03.2026
Dünya
Saba 23 dərəcə isti olacaq
12:36 23.03.2026
Ekologiya
İran Körfəzi minalayacağı ilə hədələyib
12:20 23.03.2026
Region
Terapevt: Bayramdan sonra balanslı qidalanmaya keçidin vacibdir
12:07 23.03.2026
Sağlamlıq
Rusiyanın ən böyük neft terminalından biri vuruldu
11:59 23.03.2026
Dünya
“Bəsic”in Şiraz komandiri öldürüldü
11:49 23.03.2026
Ekologiya
Lənkəranda qaçaqmalçılıqla gətirilmiş 12 kq marixuana aşkarlanıb
11:40 23.03.2026
Hadisə
Tehrana görünməmiş zərbələr endirilir
11:32 23.03.2026
Region