Nadirdən Miri Yusifə sərt sözlər: “Sənətkara “dil uzatma”, get, repini de!”
Yusif Sultanoğlu
19:26 10.09.2020
Şou
871
“Ümumiyyətlə, bu insanla təmasda olmamışam. Münasibətimiz belə yoxdur. Şokda idim ki, bu adama nə demişəm, buna nə oldu ki, birdən mənə qarşı çıxdı. Düşünürəm ki, mənə sataşan insan mənim gücümdə sənətkar olmalıdır”.
“Sherg.az” xəbər verir ki, bu sözləri “MTV Azərbaycan”a açıqlmasında tanınmış müğənni Nadir Qafarzadə xalq artisti Mir Yusif haqqında söyləyib. O, fikirlərinə bunları da əlavə edib:
“Qabağımda söz deyən, məni tənqid edən və ya məndən nöqsan tutan adamın sənəti mənim sənətimlə eyni səviyyədə olmalıdır. Sənətində reper kimi yaxşı sənətkardır, ammma musiqi anlamında yox. Peşəkar musiqiçilərdən deyil. Ola bilər ki, reper kimi qəbul olunmuş sənətkardır. Amma müğənni kimi qəbul olunmur. Heç dostluğumuz, düşmənliyimiz də yoxdur”.
Jurnalistin “Üz-üzə gəlsəniz məsələni aydınlaşdırmaq istərsinizmi?” sualına müğənni belə cavab verib:
“Yox. Dedim axı mənə yaraşmaz. Bilmirəm onun neçə yaşı var. 40 yaşı varsa, mənim 30 il sənət təcrübəm var. Durum o insanla nə kəlmə kəsim?! Mən sənətdə, səhnələrdə mədəniyyət, incəsənət üçün külüng döyəndə, bilmirəm onlar harada idi? İndi gəlib sənətkara “dil uzatmaq” olmaz.
Mənə yaxşı və ya pis söz deməyə sənin haqqın yoxdur. Get, repini de! Xətrini də istəyirəm. Yaxşı oğlan, yaxşı reper ola bilərsən, amma mənə toxunma! Öz taxt-tacımda, oturmuşam. Burdan hər şeyi müşahidə edirəm. Oturuşmuş sənətkarlar var, mən də onlardanam. Xaq məni qəbul edib”.
Qeyd edək ki, bir müddət öncə Miri Yusif N.Qafarzadə ilə bağlı yayılan “Soyuducusu boşdur dediyin alimlərdən vaksin tapmasını istəyirsən” sözlərini paylaşıb, onu lağa qoyaraq “Həyat bumeranqdır, bəzən kiməsə cavab verməyə tələsmək lazım deyil. Çünki dünya fırlanır və qayıdıb üzünə dəyir. Bu barədə sonra paylaşım edəcəm”sözlərini yazıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya