Pərvin inadından dönmədi: “Heç bir qız kasıb oğlana getməz”
Yusif Sultanoğlu
16:02 19.01.2021
Şou
879
Bir müddət öncə tanınmış aktrisa Pərvin Abıyeva “Heç bir qız kasıb oğlana ərə getmək istəməz. " açıqlaması ilə gündəmə gəlib. Aktrisanın fikirləri bir mənalı qarşılanmayıb. Əksəriyyət onu sərt tənqid edib. P.Abıyeva bütün iradlara cavab verib.
“Sherg.az”ın məlumatına görə o, bu haqda İnstaqram səhifəsində, canlı yayımda danışıb:
“Kimlərsə, gözləyir ki, üzr istəyəcəm. Niyə? Öz şəxsi fikrimə görə? Yox, üzr istəməyəcəm. Demişəm ki, heç bir qız kasıb oğlana ərə getmək istəməz. Burda kasıblar barədə təqhiramiz söz işlətmişəmsə, ortaya çıxardın. Şəxsən bunu sübut edən adama 50 min manat verəcəm. Sözümün arxasındayam. Heç bir qız istəməz ki, həyat yoldaşı onu kasıb vəziyyətdə yaşatsın.
Mən pandemiya dövründə ən az 70 yoxsul ailəni ziyarət etdim. Bunu niyə unutdunuz? Hansısa əsgərə video çəkdirirsiz. Onun işi şou-biznes adamına söz yollamaqdır? Əminəm ki, o əsgərin heç nədən xəbəri yoxdur. Deyir, nəslini biz kasıblar qoruyuruq. Bu nə deməkdir? Əmim Birinci Qarabağ müharibəsində iştirak edib. Əmim oğlu isə Vətən savaşında sizinlə birlikdə idi. Mənim nəslimdə əsgər gedən, müharibədə iştirak edən yoxdur?
Mən kasıblıq da, pul da görmüşəm. Ona görə istəmirəm oğullarımız kasıb olsun, kimdənsə mədət umsunlar. Hər bir kişi qazanıb, ailəsini saxlamalıdır. Yardım etdiyim vaxt kasıbların evini görmüşəm. Necə yaşadıqlarını bilirəm. Elə evdə uşaq böyütmək istəyərsiz? O uşağı oxutmaq, ona gələcək qurmaq lazımdır. Söhbət oturub ondan-bundan pul güdəndən gedir. İnsanlar var ki, kasıb evdə, şam işığında oxuyub, həkim olur, ailəsi üçün çörək pulu qazanır”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Prezidenti: Bu gün İran tərəfi ilə telefonla danışacağıq
18:05 23.03.2026
Dünya
Qalyan: Artıq müharibədən söhbət getmir
17:31 23.03.2026
Cənubi Qafqaz
Qohumların bezdirici cümlələri - Çoxu qarşılaşır
17:24 23.03.2026
Cəmiyyət
Bitməyən yorğunluğun səbəbi: Zehni “açıq səhifələr”
17:13 23.03.2026
Sağlamlıq
“Al Jazeera”: İran geri addım atmağa hazırdır
16:45 23.03.2026
Region
Trampın bu açıqlamasından sonra neft kəskin ucuzlaşdı
16:22 23.03.2026
Dünya
Rəsmi Bakı Rusiya XİN-ə cavab verib, Moskvadan izahat gözləyir
15:58 23.03.2026
Siyasət
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
15:51 23.03.2026
Hərbi
Putin azərbaycanlı alimi təltif edib
15:44 23.03.2026
Dünya
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət