Pərvin videosundan danışdı: "Elə bil məni kişiylə tutmusuz"
18:58 21.06.2020
Şou
585
"Bunu uzatmağın mənası yoxdur. Elə bil məni kişiylə tutmusuz. Qız qızla oynayar. Bunun günahı videonu çəkib yayanın boynunadır. Hamı əylənir. Sadəcə, tanınıram deyə, yayılır və səs salır".
Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva İnstaqramda canlı yayımda deyib. O, bir neçə gün əvvəl yayılan rəqs videosundan danışıb:
"Bunun günahı onu ordan götürüb yayanın boynuna olsun. Kimin şəxsi həyatı kimin nəyinə lazımdır? İbnəlik edirlər. Niyə yayırsan, nə əldə etdin? Heç kimin alqışıyla yaranmamışam ki, qarğışıyla da öləm. Günahı Allah qarşısında özüm ödəyəcəm. Heç kim günahsız deyil. Kimin nə haqqı var mənə qarğış edə. Mənim etdiyim günahdırsa, qarğış edənlərin günahı yüz qat artıqdır. Qarğış gəlib öz başınıza düşəcək.
Neçə gündür gözləyirəm ara sakitləşsin, cavab verim. Günahım yoxdur ki, sakit dayanım və depressiyaya düşüm. Hamı yaxınlarının əhatəsində rahat olur, istədiyi kimi əylənir. Mən heç ərimlə elə rəqs etmərəm. Adıma çıxarmadığınız söz qalmadı. Orientasiyamı da dəyişdiniz. Qoşmadığınız hal qalmadı.
Özüm üçün yaşayıram, əl-ayağa düşən başqalarıdır. Neqativ yazanlar məni qocaltdı. İçki içəndə əhvalın düzəlir və özünü necə istəyirsən aparırsan. Hicab taxıb içirsiz? İçib, özümü necə istəyirəm aparıram. Kimsə kənardan çəkirsə, özü bilər. Hamımızın başına gələ bilər. Tanınmışam deyə, məndə gündəm olur. Mən də normal insanlar kimi əylənmək, sıradan biri kimi yaşamaq istəyirəm. Tanınmışlığım həyatımın önünə keçə bilməz. Heç kimin həyatı tam ideal deyil. Hamının dərdi var. Allah bir yandan alanda, bir yandan verir. Bacardığımız qədər əhvalımızı yüksək tutaq.
Dilim varsa, dilçəyim də var. Hərə özünə cavabdehdir, mən də özümə".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Yeraltı” serialının Bozosu Bakıya gəlir
02:02 29.03.2026
Şou
ABŞ İrana qarşı əməliyyatda 11000-dən çox hədəfi vurub
01:36 29.03.2026
Dünya
ABŞ-la İsrailin hücumlarının əsl məqsədi aydınlaşır - Bəqai
00:04 29.03.2026
Region
ÜST: Livanda həlak olan səhiyyə işçilərinin sayı 50-ni keçib
23:42 28.03.2026
Dünya
İranın zərbəsi nəticəsində Amerika təyyarələri sıradan çıxıb
23:17 28.03.2026
Dünya
Göyərtəsində ABŞ dəniz piyadalarının olduğu gəmi Yaxın Şərqə çatıb
21:33 28.03.2026
Dünya
AFFA-nın daha yeddi liqasında oyunlar təxirə salındı
20:53 28.03.2026
Futbol
Bərzanin evi dron hücumuna məruz qalıb
20:39 28.03.2026
Dünya
Haaqada İrana dəstək aksiyasl keçirildi
20:12 28.03.2026
Dünya
Pezeşkian ABŞ-nin vədlərinə inanmır
19:20 28.03.2026
Gündəm
Mingəçevir su anbarında itkin düşən şəxslər tapıldı
18:53 28.03.2026
Hadisə
DİN: Vətəndaşlara yerində köməklik göstərilir
18:40 28.03.2026
Aktual
FHN su basmış ərazilərdən 84 nəfəri təxliyə edib
18:28 28.03.2026
Hadisə
Əgər nüvə silahı Zelenskinin əlinə keçərsə... - Zaxarova
17:37 28.03.2026
Dünya