Qalmaqal BÖYÜYÜR: “Üzümə yaxşı, arxada başqa danışırsa...”
Yusif Sultanoğlu
10:54 14.01.2021
Şou
808
Tacir Şahmalıoğlu: “O, məndə səhv tuta bilməz. Kişilərin estetik etdirməsi haqqında düşüncələrimdə də haqlıyam”
“Kişi niyə estetik elətdirməldir ki? Kişi dodağına silikon vurdurub,qaşını niyə alır ki?!”
“Estetik etdirən kişilər tanıyıram. Silikonlular da var ki, məclisdə utandığından danışa bilmir”
Müğənni Tacir Şahmalıoğlu ilə həmkarı Vüqar Muradov arasında qalmaqal yaşanıb. T.Şahmalıoğlu “Bazar düzü” verlişinə açıqlamasında bildirib ki, kişilər estetik əməliyyat etdirməz, bu, kişiyə yaraşan addım deyil.
T.Şahmalıoğlunun fikrinə həmin verlişdə qonaq olan müğənni Vüqar Muradov sərt reaksiya verib. O, həmkarının səhv danışdığını söyləyib:
““Kişiyə yaraşdırmıram” böyük və ağır sözdür. Mənim burnumda problem vardı, neçə dəfə də əzilmişdi. Ona görə əməliyyat olundum. Bundan əlavə də, 1.92 sm boyum var. Çəkim çox idi, qarnımın piylərini çıxartdırdım. Kim özünü necə rahat və xoşbəxt hiss edirsə, elə etməlidir. Kimisə qınamaq düzgün deyil.İndi də ayaq barmaqlarımda böyümə gedir. Əvvəl 45 sm ölçü ayaqqabı geyinirdim, indi 47 sm olub. Baş barmağım böyüdüyü üçün onu kəsdirəcəyəm”.
Tacir Şahmalıoğlu gənc ifaçının fikirləri haqqında “Sherg.az”a danışıb. O Vüqar Muradovla dostluq əlaqələrinin olduğunu vurğulayıb:
“Lakin üzümə yaxşı, arxada başqa danışırsa, özü bilər. O, məndə səhv tuta bilməz. Çünki heç vaxt səhv söz demirəm. Kişilərin estetik etdirməsi haqqında düşüncələrimdə də haqlıyam.
Kişi niyə estetik elətdirməldir ki? Kişi dodağına silikon vurdurub,qaşını niyə alır ki? Ona görə dedim ki, kişiyə yaraşdırmıram. Öz fikimi bildirdim. Kiməsə söyləmirəm ki, niyə qaşını aldırıb, estetik əməliyyat etdirirsən? Ad çəkmirəm, sadəcə mənim düşüncəmdir. Onlara pis baxıram. Kiminsə şəxsi həyatına qarışa bilmərəm.
Nəyimə lazımdır? Yalnız həqiqəti səsləndirirəm. Düzdür zaman elə olub ki, indi həmin adamlara qiymət verirlər. Kişilərə isə az dəyər göstərilir. Əvvəllər belə deyildi. Xülasə, öz fikrimdə qalıram. Düşünürəm ki, estetik kişiyə yaraşmaz.
Bəlkə də həmin estetik əməliyyatı etdirənlər mənim haqqımda mənfi danışarlar Amma Vallah çox pis görünür. Onu da deyim ki, estetik etdirən kişilər tanıyıram.
Silikonlular da var ki, məclisdə utandığından danışa bilmir. Bunun da şahidi olmuşam”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Prezidenti: Bu gün İran tərəfi ilə telefonla danışacağıq
18:05 23.03.2026
Dünya
Qalyan: Artıq müharibədən söhbət getmir
17:31 23.03.2026
Cənubi Qafqaz
Qohumların bezdirici cümlələri - Çoxu qarşılaşır
17:24 23.03.2026
Cəmiyyət
Bitməyən yorğunluğun səbəbi: Zehni “açıq səhifələr”
17:13 23.03.2026
Sağlamlıq
“Al Jazeera”: İran geri addım atmağa hazırdır
16:45 23.03.2026
Region
Trampın bu açıqlamasından sonra neft kəskin ucuzlaşdı
16:22 23.03.2026
Dünya
Rəsmi Bakı Rusiya XİN-ə cavab verib, Moskvadan izahat gözləyir
15:58 23.03.2026
Siyasət
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
15:51 23.03.2026
Hərbi
Putin azərbaycanlı alimi təltif edib
15:44 23.03.2026
Dünya
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət