Rəqsanə “ürəklərdən tikan çıxardı”: “Efirdə başqasının ərinə həyat yoldaşım deyirlər” - VİDEO
Yusif Sultanoğlu
13:17 09.09.2020
Şou
1477
“Kiminsə ərindən, sizə ər olmaz. Allah o kişini ailəsi ilə xoşbəxt etsin”
Uzun müddətdir, Rusiyada yaşayan tanınmış müğənni Rəqsanə İsmayılova son zamanlar bişirdiyi yeməklərlə gündəmə gəlir. Onun həvəslə gördüyü ev işləri, qış üçün hazırladığı turşular, həyətində becərdiyi bostan izləyicilərin marağına səbəb olur.
Sənətçi bu dəfə də paylaşımı ilə diqqət çəkməyi bacarıb.
“Sherg.az” xəbər verir ki, o həyat yoldaşı ilə yemək bişirdiyi dəqiqələri paylaşaraq iddialı sözlər yazıb:
“Atalar yaxşı deyib: “Ər ilə arvadın xəmiri bir yerdə yoğrulub”. Qadınlar var ki, başqasının bədbəxtliyinə razı olub, özünə xoşbəxtlik qurmağa çalışır. Amma olmaz, etməyin. Günahdır! Bir qadının göz yaşı olan yerdə xoşbəxtlik olmaz. Başqasının olan gec-tez gedəcək.
Onun üçün dəyməz. Nəyiniz varsa özünüzün olsun. Kiminsə ərindən, sizə ər olmaz. Allah o kişini ailəsi ilə xoşbəxt etsin. Bütün qadınlar xoşbəxt olmağa layiqdir.
Ürəyimdən keçdi yazdım. Səmimi fikirlərimdir. Bir yuvanı qurmaq çətindir, dağıtmaq isə asandır. Allah hər kəsi öz ailəsi ilə xoşbəxt etsin. Bu arada indi dəbdir ər başqasının ola-ola, çıxıb ona həyat yoldaşım deyirlər. Bəsdirin ey yığışdırın siz Allah. Rəkoşun ürəyi lap doluymuş, amma öz aramızdı nə dedim! Ürəyimdən tikan çıxdı.”
Rəqsanə xanım həmçinin bildirib ki, bişirdiyi yeməkləri paylşamaq üçün İnstaqramda xüsusi səhifə açıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, Naxçıvanın iqtisadi xəritəsini dəyişə bilər - Şokri
19:48 17.08.2026
İqtisadiyyat
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm