Röya şou aləmini bir-birinə vurdu ! - “Kimdə nə yoxdursa, ondan danışır”
Yusif Sultanoğlu
09:50 06.01.2021
Şou
932
Tanınmış aktrisa Məlahət Abbasova xalq artisti Röya Ayxana 31 dekabrda təntənəli bayram qeyd etdiyi üçün kəskin irad bildirib. O sosial şəbəkədə müğənninin ünvanına bu şərhi yazıb:
"Elə bil ki, dekabrın 31-də şəhid analarına acıq verirdi. Hamı əlbəttə ki, evindədir. Gülür, danışır, öz aralarında Yeni ili təbrik edirlər. Amma evində rəqs edib paylaşmır. Bu eyibdir. Belə həssas bir vaxtda bu hərəkətin səni gözdən saldı. Həm də deyirsən ki, ağdamlıyam. Mahnıların yaxşı ola bilər, amma insanlığın yoxdur ".
M.Abbasovanın həmin rəyi şou-biznesdə birmənalı qarşılanmayıb. Aktrisanın fikirlərini dəstəkləyənlərlə yanaşı, onu tənqid edənlər də tapılıb.
Aktyor, teleaparıcı Sərxan Kərimoğlu da M.Abbasovanı “top atəşi”nə tutanlardandır.
“Sherg.az” xəbər verir ki, o İnstaqram səhifəsində paylaşım edərək M.Abbasovaya bu sözləri deyib:
“Məlahət və insanlıq dərsi ? 2009-cu ildə İstanbula köçdüm, orada evimə gələ-gələ evimi dağıtdın. Sənsən insanlıq dərsi keçən? "TRT Avaz"da mənə iş təklifi gəlmişdi. Ona imkan vermədin. Türkə ərə getdin, ailən pərişan oldu. Mənə gələn serial təklifini özünə çevirdin və çörəyimə 2-ci dəfə bais oldun. Sənsən insanlıq dərsi keçən? Bu nə zəmanədir?!
Kimdə nə yoxdursa ondan danışır. Məlahət Abbasova, ümumiyyətlə, Azərbaycan mədəniyyət və incəsənət cameəsindən danışmağa haqqın çatmır. Röya səhv edib, özü bilər. Qarışa bilmərəm. Çünki xalq və Röyanın arasındakı məsələdir. Səni kim qatdı söhbətin içinə?!”
Xatırladaq ki, bu Röya və Məlahət Abbasovanın ilk qalmaqalı deyil. İllər öncə Röya Türkiyədə yayımlanan “Bəyaz şou”nun qonağı olanda aktrisa onu yalnız bir mahnı oxuduğu üçün tənqid edib. Sonra isə iradının Röyaya deyil, verlişin aparıcısına olduğunu söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nyu-Yorkda Azərbaycan bayrağı ucaldılıb
22:53 28.05.2026
Siyasət
Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
22:36 28.05.2026
Gündəm
Qafar Çaxmaqlı: Köçəryanın Paşinyan qarşısında şansı yoxdur
22:21 28.05.2026
Cənubi Qafqaz
Netanyahu orduya Qəzza zolağının 70%-nə nəzarət etməyi əmr verdi
20:59 28.05.2026
Dünya
İrakli Kobaxidze İlham Əliyevi təbrik edib
20:38 28.05.2026
Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
20:02 28.05.2026
Cəmiyyət
Neftin qiyməti ABŞ-İran razılaşması fonunda ucuzlaşıb
19:46 28.05.2026
İqtisadiyyat
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırıldı
19:16 28.05.2026
Dünya
Cəlilabadda 19 yaşlı gənc suda boğulub
18:51 28.05.2026
Hadisə
Əli Baqeri: Amerikalılara etibar etmək olmaz
18:42 28.05.2026
Region
Avropa Komissiyası "Temu"nu cərimələdi
18:33 28.05.2026
Cəmiyyət
Cəlilabadda canavarlar təsərrüfata hücum edib
17:36 28.05.2026
Hadisə
Türkiyənin Qara dəniz sahillərində 3 tankerə dron hücumu olub
17:24 28.05.2026
Dünya
Pakistan XİN rəhbəri ABŞ-yə səfər edəcək
17:17 28.05.2026
Dünya