Vəfa Zeynalova gizli peşəsini açıqladı: “Hədsiz böyük pullar qazanırdım”
Yusif Nəzərli
13:26 19.11.2021
Şou
430
“Anayıq, nəyisə bəyənmirəm, qadağalar qoyuram. Amma qızlarım məni bəyənməyəndə, elə acığıma gəlir ki... Deyirəm, bunlara bax, bəyənmirlər məni. Anam da deyir ki, bax, indi məni başa düşərsən”.
Bu sözləri Əməkdar artist Vəfa Zeynalova Xəzər TV-də yayımlanan “Sənətdən kənar” proqramında deyib.
Əməkdar artist Sənubər İsgəndərlinin suallarını cavablandıran aktrisa qızlarından və işindən bəhs edib.
O, teatrdakı fəaliyyətindən söz açaraq, peşmançılıqlarını açıqlayıb:
“Arzuladığım yerdə deyiləm. Çox zaman itirdim. Bir dönəm tamaşaçı teatrdan intiqam alırmış kimi durğunluq oldu. Tamaşaçı teatra gəlmirdi. Belə olanda da aktyor passivləşir. Biz səhnəyə çıxırdıq tamaşa oynayırdıq, zalda o qədər az adam olurdu ki, səhnəyə çıxmaq, oynamaq istəmirdik. Tamaşaçı gələndə, tamaşa seçəndə, izləyəndə, əl çalır, jest edirsə, biz onu duyuruq. Həmin dönəmdə yeni obraz və heç nə oynamaq istəmirdim. Dörd-beş il aralar çəkdi. Faktura obraza imkan vermir. Müəyyən obrazları özüm oynamaq istəmədim, müəyyənlərini gözlədim mənə təklif etsinlər. Üst-üstə gələndə 15 ilimi itirdim”.
Aktrisa illərlə gözəllik salonunda işlədiyini də qeyd edib:
“Aktrisa olmazdan əvvəl tələbə kimi getdim və öyrəndim. Universitetə daxil olanda bu işi atdım. Evdə, qonşuda, yaxınlarda hər kəs mənim yanıma gələrdi. Məhəllədə xanımların saçını mən kəsir, makiyajını edirdim. Həmin vaxt işləyirdim, gənc qız idim, tələbə olmağa hazırlaşırdım. Sonra salon açdım, özüm də çalışırdım. Sonra layihələr başladı, vaxt etibarı ilə çatdırmadım və uzaqlaşdım. Çox pul, hədsiz böyük pullar qazanırdım, evə kömək edirdim. İlk qazancımdan dəri gödəkcə aldım”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
1 gün ac qalmaq orqanizmi cavanlaşdırır!
03:51 30.08.2026
Sağlamlıq
La-Manş boğazında 5 nəfərin olduğu gəmi kömək siqnalı verib
02:42 30.08.2026
Dünya
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm