Yazıçı müğənniyə “YOX” dedi: “Mahnı oxumağa qeyri-ciddi baxıram”
Yusif Sultanoğlu
13:03 21.01.2021
Şou
820
“Cəmiyyətin qarşısına müğənni kimi çıxmağım yaxşı bir işim, fəaliyyətim varsa, onların üstündən xətt çəkər”
Bir neçə gün öncə müğənni Afət Fərmanqızı “Sherg.az”a açıqlamasında yazıçı Kəramət Böyükçöllə duet oxumaq istədiyini söyləyib. O, tanınmış yazara olan rəğbətini dilə gətirərək deyib ki, səsi varsa, onunla duet mahnı ifa edə bilər.
Müğəninin sözləri sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Kimi buna ironiya ilə yanaşıb, kimi də onların uğurlu nəticə ortaya qoya biləcəklərini iddia edib. Biz də müğəninin təklifinə münasibət öyrənmək üçün K.Böyükçöllə əlaqə saxladıq. Yazıçı A.Fərmanqızına belə cavab verdi:
“Afət xanım haqqımda gözəl fikirlər bildirib, amma mən müğənni deyiləm ki... Düzdür, Azərbaycanda müğənni olmaq səsin yaxşılığından asılı deyil. Məsələn musiqi ilə, ritmlə ifa edirlər, səsə arxa planda qalır.
Buna baxmayaraq cəmiyyətin qarşısına müğənni kimi çıxmağım yaxşı bir işim, fəaliyyətim varsa, onların üstündən xətt çəkər. Bu məsələyə, mahnı oxumağa qeyri-ciddi baxıram.
Düşünürəm ki, Afət xanımın təklifi də zarafatdır. Mən də zarafat kimi qəbul elədim. Ciddi yanaşmaq olmaz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Prezidenti: Bu gün İran tərəfi ilə telefonla danışacağıq
18:05 23.03.2026
Dünya
Qalyan: Artıq müharibədən söhbət getmir
17:31 23.03.2026
Cənubi Qafqaz
Qohumların bezdirici cümlələri - Çoxu qarşılaşır
17:24 23.03.2026
Cəmiyyət
Bitməyən yorğunluğun səbəbi: Zehni “açıq səhifələr”
17:13 23.03.2026
Sağlamlıq
“Al Jazeera”: İran geri addım atmağa hazırdır
16:45 23.03.2026
Region
Trampın bu açıqlamasından sonra neft kəskin ucuzlaşdı
16:22 23.03.2026
Dünya
Rəsmi Bakı Rusiya XİN-ə cavab verib, Moskvadan izahat gözləyir
15:58 23.03.2026
Siyasət
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
15:51 23.03.2026
Hərbi
Putin azərbaycanlı alimi təltif edib
15:44 23.03.2026
Dünya
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət