“Anafilaktik şok o qədər ağır bir prosesdir ki, istəyir həkim, istəyir tibb bacısı olsun müdaxilə edə bilməz”
Özünə iynə vuran həkim ölüb
Yusif Nəzərli
07:54 24.09.2023
Sağlamlıq
1064
Tibb adamı olaraq çox riskli bir addım atıb
“Anafilaktik şok o qədər ağır bir prosesdir ki, istəyir həkim, istəyir tibb bacısı olsun müdaxilə edə bilməz”
“Anafilaktik şok o qədər ağır bir prosesdir ki, istəyir həkim, istəyir tibb bacısı olsun müdaxilə edə bilməz”
Bakıda özünə iynə vuran həkim şoka düşərək ölüb.
Hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Əlizadə Qəmbər Dilavər oğlu özünə antibiotik vurub. İynənin əks təsirindən həkim işləyən Qəmbər Əlizadə şok vəziyyətinə düşüb. Onun həyatını xilas etmək mümkün olmayıb.
Həkim-terapevt Şahvələd Məmmədov “Sherg.az”a açıqlamasında deyib ki, antibiotikin inyeksiyasından sonra yaranan reaksiya anafilaktik şok. Bu isə orqanizmi sensibilizasiya etmiş allergenlərin, orqanizmə təkrar təsiri nəticəsində baş verir.
Anafilaktik şok çox təhlükəli, həyat üçün təhlükə yaradan kəskin böhranlı vəziyyətdir. Anafilaktik şok sürətlə inkişaf edərək ağır hemodinamik pozğunluqlar törədir, orqanizmdə dərin hipoksiya (orqanizmin toxumalarında oksigenlə təchizatın və ya onun mənimsənilməsinin pozulması ilə müşahidə olunan hal) yaradır və həyati vacib orqanları zədələyir.
Anafilaktik şok o qədər ağır bir prosesdir ki, istəyir həkim, istəyir tibb bacısı olsun müdaxilə edə bilməz. Həmin vaxt xəstənin təzyiqi sürətlə sıfıra düşür və tərpənməyə halı qalmır. Bu çox nadir hallarda olur və xəstə ağır vəziyyətə düşür. Ona mütləq şəkildə təcili yardım həkimi müdaxilə etməli və uyğun dozada adrenalin inyeksiyası verməlidir.
Ş.Məmmədovun sözlərinə görə, antibiotikdən sonra ağır şok ancaq təkrar sensibilizasiya zamanı baş verir. Deyək ki, həmkarımız özünə nə vaxtsa, “seftriakson” vurub. Bu zaman allergik övrə tipli səpkiləri, qaşıntıları olub. Artıq ikinci dəfə antibiotikin bədənə yeridilməsi nəticəsində anafilaktik şok inkişaf edir. Allahdan gənc həkimimizə rəhmət diləyirəm. Amma tibb adamı olaraq çox riskli bir addım atıb. Görünür onda anafilaktik şokun ildırımsürətli forması baş verib. Şok 3-5 dəqiqə ərzində onun təzyiqinin, nəbzinin sıfırlanmasına və ürək fəaliyyətinin dayanmasına gətirib çıxarıb.
Nəinki antibiotik, dünyanın heç bir ölkəsində insanın özünə iynə vurma təcrübəsi yoxdur. Təkcə şəkər xəstələrinə xırda inyeksiyalarla özlərinə iynə vurmağa icazə verilir. Hansı ki ağır şəkər xəstələrinə heç onu da məsləhət görmürlər. Axı hər bir həkim öz pasiyentindən həyati anamnezini soruşur. Anamnez, bir mütəxəssisin diaqnoz qoymaq üçün xəstənin xəstəliyi və ya problemi, həyat tərzi vərdişləri və ailə tarixçəsi varlığı haqqında sorğudur. Xəstə allergiyasının olduğunu bilirsə, artıq ona antibiotik inyeksiyası təklif edilmir. Yox əgər bilmir, ya da xatırlamırsa, bioloji sınaq qoyaraq orqanizmdə dəyişiklik baş verib-vermədiyini yoxlayırıq. Xəstənin allergiyasını soruşmadan ona antibiotik inyeksiyasını tam halda yeritmək onun həyati üçün ciddi risk, bəzi hallarda isə ölümü deməkdir. Çox təəssüf ki, mərhum həkim bütün bunları gözardı edərək gənc yaşda dünyadan köçüb”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm