
Analitik: Zəngəzur dəhlizinin açılması əsas şərtdir və qaçılmazdır
09:55 23.12.2024
Dünya
540
Bakının Zəngəzur dəhlizi ilə bağlı tələbi də sülh sazişi sənədində var, sadəcə olaraq, bu haqda danışmırlar. Çünki Əliyev bu məsələnin həllinin cibində olduğunu hesab edir, ona görə də bunu qeyd etmir.
Bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Prezident İlham Əliyevin Rusiya mediasına müsahibəsində sülh sazişinin detalları haqda fikirlərinə münasibət bildirərkən deyib.
Oskanyan iddia edir ki, Azərbaycan Zəngəzur dəhlizini özü nəzarətə götürəcək.
“Paşinyan dəhlizlə bağlı vəd verib və Bakıda hesab edirlər ki, bu, onlara dəhlizi nəzarətə götürmək hüququ verir. Ermənistan hakimiyyəyi dəhlizi “qırmızı xətt” adlandırsa da, reallıq fərqlidir. Bu, Paşinyanın “Qarabağ Ermənistandır” dedikdən sonra “Qarabağ Azərbaycandır” deməsini xatırladır”, - Oskanyan iddia edib.
Qeyd edək ki, Prezident İlham Əliyev Rusiya mediasına müsahibəsində sülh sazişinin 17 maddədən ibarət olduğunu, 15 maddənin razılaşdırıldığını, 2 maddənin isə müzakirə edildiyini açıqlayıb. Bu maddələr bir-birinə qarşı beynəlxalq iddialardan imtina və sərhəddə üçüncü tərəflərə məxsus qüvvələrin yerləşdirilməməsidir.
Siyasi şərhçi Kənan Novruzov "Sherg.az"a deyib ki, Zəngəzur dəhlizi ilə bağlı məsələ sülh sazişindən ayrıdır:

"Sülh sazişinin imzalanıb-imzalanmamasından asılı olmayaraq dəhlizin açılması Azərbaycan üçün prioritet istiqamətdir. Sadəcə olaraq sülh sazişində müəyyən kommunikasiyalarla bağlı maddələr var. Bəlkə məhz o maddə sayəsində Zəngəzur dəhlizinin açılması təmin oluna bilər. Həmçinin əlavə müzakirələrə də ehtiyac qalmaz. Digər tərəfdən sülh sazişi ləngisə və ya heç imzalanmasa da, Zəngəzur dəhlizi açılacaq. Çünki bunun labüdlüyünü Ermənistan da başa düşür. Bu gün Paşinyan Türkiyə və Azərbaycanla münasibətlərin inkişafına məcburdur. Ermənistan Qərblə Rusiya arasında siyasi və hərbi poliqona çevrilib. Belə bir vaxtda Ermənistan üçün yeni bir təhlükəsizlik "çətiri" lazımdır. Bu isə məhz Azərbaycan və Türkiyə ola bilər. Prosesin reallaşması üçün isə regionda əməkdaşlıq mühitinə və iqtisadi əlaqələrin inkişafına ehtiyac var".
Şərhçinin fikrincə Zəngəzur dəhlizinin açılması əsas şərtdir və qaçılmazdır:
"Bu müstəvidə həm sülh sazişinin imzalanması, həm də dəhlizin açılması ən çox Ermənistan üçün maraqlıdır. Çünki bu olmasa belə, Azərbaycan ərazi bütövlüyünü təmin edib və inkişaf etmiş dövlətdir. Ümumilikdə isə Zəngəzur dəhlizi ilə bağlı Ermənistan aqressiv mövqeyini davam etdirsə, perspektivdə nəqliyyat kommunikasiyalarının İran ərazisindən keçməsi reallaşa bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya