Ayaz Mütəllibov 1 Fəxri Xiyabanda dəfn olundu
Yusif Nəzərli
03:30 29.03.2022
Tarix
2382
Keçmiş prezident Xalq şairi Cabir Novruzun məzarı yanında torpağa tapşırılıb
Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov 84 yaşında vəfat edib. Sabiq prezident 1 Fəxri Xiyabanda dəfn olunub. Dəfn mərasimində mərhumun ailə üzvləri iştirak edib. O, Xalq şairi Cabir Novruzun məzarı yanında torpağa tapşırılıb. Sabiq prezident Ayaz Mütəllibovla Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində vida mərasimi keçirilib. Vida mərasimində mərhumun yaxınları, deputatlar - Vahid Əhmədov, Tahir Kərimli, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, ictimaiyyət nümayəndələri iştirak ediblər. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın adından sabiq prezident Ayaz Mütəllibovun vəfatı ilə əlaqədar əklil göndərilib. Keçmiş prezidentin köməkçisi Qulu Həsənoğlu deyib ki, Ayaz Mütəllibovun ailə üzvləri və yaxınları üçün ağır bir gündür: “Azərbaycan ziyalısı, sülhpərvər bir insan bu gün tarixə qovuşdu. O, özü ilə bərabər böyük bir tarix apardı”.
Daha sonra deputat Vahid Əhmədov çıxış edib və sabiq prezidentlə bağlı xatirələrindən danışıb: “Ayaz Mütəllibov Azərbaycanın siyasi-ictimai həyatında çox ciddi işlərə imza atıb. Hesab edirəm ki, onun o dövrdə Azərbaycan iqtisadiyyatının dirçəlməsində böyük xidmətləri olub.
Ölkəmiz məhz onun dövründə BMT-yə üzv olub. Ayaz Mütəllibovun vida mərasimi dövlət səviyyəsində qeyd olunur. Mən bunun üçün dövlət başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür edirəm”.
Millət vəkili Tahir Kərimli isə bildirib ki, o, Azərbaycanın ilk prezidenti olmuşdu və bu, böyük bir hadisədir:
“Onun dövründə Çaykənd əməliyyatı keçirildi. Torpaqlarımızın böyük hissəsi erməni daşnaklarından təmizləndi. 1990-cı ildə mən İsmayıllıdan deputat seçilən zaman Ayaz Mütəllibovun demokratik baxışı olmasaydı, bəlkə də seçilməyimə icazə verilməzdi. Mən onun ailəsinə dərin hüznlə başsağlığı verirəm. Yeri cənnət olsun".
Mərasimdə çıxış edən sabiq prezidentin oğlu Zaur Mütəllibov özü və ailəsi adından Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyevaya göstərdikləri diqqətə görə təşəkkür edib. Bildirib ki, atası bir aydır Mərkəzi Kliniki Xəstəxanada müalicə alırmış:
“Beyin təzyiqi var idi. Atamı əvvəlcə operativ müalicə etdilər. Özünü yaxşı hiss edirdi. Amma sonradan müalicəsi uğurlu olmadı. Yeriməyində də problemlər yarandı.
Həmçinin yaşına görə də xəstəlikləri var idi. Bu xəstəliklər də onu narahat edirdi. Kiçik beyin insultu və mikro infarkt keçirmişdi”.
Nəvəsi Tahir Mütəllibov isə jurnalistlərə açıqlamasında babasının vəfatı ilə bağlı fikirlərini bölüşüb: “Çox görkəmli və hamını sevən bir insan idi.
Bizim üçün çox böyük bir itkidir. Son dövrlərdə siyasət haqqında söhbətlərimiz olurdu.
Sonuncu dəfə 1 ay bundan əvvəl danışmışdıq. Son vaxtlar vəziyyəti ağır idi, danışmaqda çətinlik çəkirdi. Sonuncu dəfə bir ay əvvəl danışmışdıq. Səhhətində yaranan problemə görə tez-tez danışa bilmirdik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur
İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
11:31 18.10.2026
Dünya