Bakı metrosunda terrordan 28 il keçir
Yusif Nəzərli
10:20 19.03.2022
Tarix
960
Bu gün “20 Yanvar” metrostansiyasında terror aktının törədilməsindən 28 il keçir.
Oxu.Az xəbər verir ki, 1994-cü il mart ayının 19-u saat 13:00-da “20 Yanvar” metrostansiyasında partlayış baş verib. Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayandıqdan sonra partlayıb. Partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb.
Ölənlər arasında terror hücumunun icraçısı Oktay Qurbanov və xalq artisti, bəstəkar Rafiq Babayev də olub. Partlayışdan sonra metrostansiyasının tavanının bəzi hissələrində çöküntülər əmələ gəlib.
Cinayət törətmək şübhəsiylə, terrorçu fəaliyyətlə məşğul olan separatçı “Sadval” təşkilatının üzvləri həbs olunub. İstintaqa əsasən, terror aktının təşkilatçıları və təqsirləndirilənlər Ermənistanın xüsusi xidmət orqanları ilə əlaqələr qurmuş və 1992-ci ilin aprel-may aylarında 30 nəfər Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi-terror təxribat hazırlığı keçib.
İstintaq zamanı müəyyənləşdirilmişdir ki, terrorçular təlimata uyğun olaraq, “20 Yanvar” metrostansiyası ilə yanaşı Bakının “Nizami” kinoteatrında, Heydər Əliyev Sarayında və Bakı Lampa Zavodunda da partlayışlar törətməyi planlaşdırıb.
Terror aktı faktına görə, 11 nəfər məhkum edilib, onlardan ikisi ölüm cəzasına (güllələnmə), digər doqquz nəfər isə müxtəlif zamana həbs cəzasına məhkum edilib.
19 mart 1994-cü ildə baş vermiş bu terror aktı nəticəsində həlak olan insanların adları “20 Yanvar” metrostansiyanın divarına həkk olunaraq əbədiləşdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur
İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
11:31 18.10.2026
Dünya