
Çanaqqala savaşında anidən qeybə çəkilən ingilis alayı... - Gizlinlər açılır+ FOTOLAR
Yusif Nəzərli
07:35 21.03.2022
Tarix
1342
1915-ci ildə Çanaqqalanın Gelibolu istiqamətində gedən döyüşlərdə ingilis hərbçiləri tarixin ən böyük məğlubiyyətlərindən birinə addım-addım yaxınlaşmaqda idi. Əslində ilk başda müttəfiq dövlətlərin hərbi gücləri üçün hər şey yolunda idi. Şiddətli bombardman və davamlı hücum nəticəsində Osmanlı mövqeləri xeyli sarsılmış, müdafiə istehkamları dağılmışdı.
"Sherg.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türk əsgərləri də yorğun düşmüşdü. Düşmən ordusu belə bir şansı əlindən qaçırmaq istəmirdi. İngilis komandan, general Hamilton bütün alayları hücuma keçirməklə məsələni birdəfəlik çözməyi planlaşdırırdı. Əks təqdirdə Çanaqqala müharibəsinin onlar üçün tam bir məğlubiyyət olacağını bilirdi.

Beləliklə, Hamilton gecənin qaranlığında türk mövqelərinə hücum əmri verir. Hucümda kral “Norfolk” adına alay da iştirak edirdi. Gecənin qaranlığında təpənin üzərinə irəliləyən “Norfolk” alayının məqsədi günün ilk işıqları ilə Osmanlı ordusuna qəfil hücum etmək idi. Onların arxasınca isə 22 nəfərlik Yeni Zellandiyalı əsgərlər hərəkət edirdi. Yavaş-yavaş təpəyə yaxınlaşan ingilis əsgərləri təpənin üzərindəki buludla bərabər anidən yoxa çıxır. Hadisə 22 nəfər “Anzak” adlanan Yeni Zellandiyalı əsgərlərin gözü qarşısında baş verir.
Tük ürpərdici olayın şokundan ayılan Böyük Britaniya krallığının əsgərləri təpənin hər tərəfini qarış-qarış gəzərək ingilis alayını axtarsalar da tapa bilmilər. Əsl möcüzə baş vermiş və nə qədər inanılmaz olsa da, 16-sı zabit olmaqla 250 əsgər, toplam 267 ingilis hərbçisi, yəni bütöv bir alay saniyələr içində qeybə çəkilmişdi. Hadisə şahidlərinin ifadələrinə görə, təpənin üzərindəki bulud sanki son əsgər içinə girinədək gözləmiş, sonra yuxarı doğru yüksəlmişdi.
Beləliklə, 1915-ci ilin sonunda müttəfiq qüvvələr geri çəkildi və böyük bir məğlubiyyət aldı. 1916-cı ildə İngiltərə hökuməti müharibənin itirilməsinin səbəblərini araşdırmaq üçün rəsmi bir orqan təyin etdi. Müharibənin tarixi yazıldı. Ölənlərin, yaralananların və itkin düşənlərin sayı müəyyənləşdirildi. Ancaq itmiş “Norfolk” alayından xəbər-ətər olmadı. Bu hadisə yaddaşlarda öz sirrləri ilə qaldı. Hətta bəziləri bu olayı Çanaqqala müharibəsindən daha vacib olduğunu düşündülər..
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur
İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
11:31 18.10.2026
Dünya