““Dağlıq Qarabağ” ifadəsi qondarmadır”
Fidan Həmişəyeva
11:20 17.07.2021
Tarix
1869
“Belə bir ifadəni bolşeviklər bəlli siyasi məqsədlər naminə gündəliyə gətiriblər”
“Vahid bir Qarabağ regionu mövcuddur”
“Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb”.
Bu sözləri Prezident İlham Əliyev bu günlərdə Xocasəndə şəhid ailələri və müharibə əlilləri ilə görüşü zamanı bildirib:
“Münaqişə həll olunub. Bunu da həll edən tərəf bizik, Azərbaycan dövlətidir. Biz bunu birtərəfli qaydada həll etmişik. Əgər kimsə, mən ordan-burdan eşidirəm, yenə də başlayıb ki, məsələ öz həllini tapmalıdır, bu münaqişə həll olunmayıb. Çox yanlış və təhlükəli yoldadırlar. Əgər həll olunmayıbsa, onda qoy bizə izahat versinlər, necə həll olunmalıdır. Biz hesab edirik ki, bu, həll olunub, artıq müharibə dövrü arxada qalıb. Amma buna baxmayaraq, biz müharibəyə hər an hazırıq və hazır olmalıyıq”.
Ölkə başçısının dediklərini “Sherg.az”a dəyərləndirən millət vəkili Musa Qasımlı bildirib ki, cənab Prezidentin söylədikləri mövcud gerçəklikləri əks etdirir:
“44 günlük müharibədə işğalçı Ermənistan darmadağın olundu, Müzəffər Azərbaycan Ordusu işğal altında olan torpaqları azad etdi. Bununla da süni surətdə yaradılmış “Dağlıq Qarabağ münaqişəsi” tarixin zibilliyinə atılmış oldu.
“Dağlıq Qarabağ” ifadəsi qondarmadır. Belə bir ifadəni bolşeviklər bəlli siyasi məqsədlər naminə gündəliyə gətiriblər.
Vahid bir Qarabağ regionu mövcuddur. Hansısa qüvvələr Ermənistan və Azərbaycan arasında gərginliyin olmasında maraqlıdırlar. Onlar belə gərginlikdən istifadə edərək regionda mövcudluqlarını saxlamağa və ya regiona müdaxilə etməyə, daxil olmağa çalışırlar. Ermənistanda bəzi qüvvələr də qisasçılıq, revanşizm hisləri ilə yaşayırlar.Ancaq bu fikirlər də əbəsdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm
Sabah 26 dərəcə isti olacaq
12:43 01.05.2026
Ekologiya